Yeni nəşr: “Azərbaycanda meşə ağaclarının göbələkləri, onların taksonomiyası və filogeniyası”
30.01.2024 12:51

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri b.e.d., dosent Dilzarə Ağayevanın “Azərbaycanda meşə ağaclarının göbələkləri, onların taksonomiyası və filogeniyası” adlı kitabı nəşr olunub.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, kitabın elmi redaktoru Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, rəyçiləri isə biologiya elmləri doktorları professor Elşad Hüseynov və professor Şakir Qasımovdur.

 

Mo­noq­ra­fi­ya me­şə ağac­la­rı­nın mi­ko­bio­ta­sı­nın növ tər­ki­bi, tak­so­no­mi­ya­sı və fi­lo­ge­ni­ya­sı­nın araş­dı­rıl­ma­sı­na həsr edil­ib. Nəşrdə klas­sik və müa­sir mi­ko­lo­ji me­tod­lar tət­biq et­mək­lə, Azər­bay­can­da me­şə ağac növ­lə­rin­də tə­sa­düf edi­lən As­comy­co­ta və Basi­di­omy­co­ta şö­bə­lə­ri­nə aid gö­bə­lək­lə­rin təd­qi­qi ək­sini ta­pıb. Həmçinin əsərdə növ­lə­rin  tak­so­no­mik sta­tu­su, təs­vi­ri, top­lan­ma ye­ri ki­mi gös­tə­ri­ci­lər qeyd edil­mək­lə, pa­to­gen və po­ten­si­al pa­to­gen növ­lə­rin mo­le­kul­yar ya­naş­ma­lar­la təh­li­li təq­dim edi­lib.

 

Kitab bio­lo­gi­ya, kənd tə­sər­rü­fa­tı sa­hə­sin­də ça­lı­şan mü­tə­xəs­sis­lər, ali mək­təb­lə­rin bio­lo­gi­ya fa­kül­tə­lə­ri­nin tə­lə­bə­lə­ri, mi­ko­lo­gi­ya və fi­to­pa­to­lo­gi­ya üzrə ixtisaslaşmış ma­gistr, doktorant və elmi tədqiqatçılar üçün nəzərdə tutulub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib