Alimlər koronavirus haqqında populyar mifi təkzib ediblər
22.07.2020 18:49

Pasiyentin qan qrupu onun COVID-19 xəstəliyini ağır keçirməsinə və ölüm riskinə təsir etmir.

 

Aztibb.az news.ru resursuna istinadla xəbər verir ki, Massaçusets xəstəxanasının və “Bet-İzrayel” Tibb Mərkəzinin mütəxəssisləri COVID-19 testindən keçən 7648 pasiyentin məlumatlarını analiz ediblər. Alimlər qan qrupunun xəstəxanaya yerləşdirilməyə, intubasiyanın zəruriliyinə və xəstənin ölümünə bilavasitə təsirini araşdırıblar.

 

“Qan qrupu və klinik ağırlaşma göstəriciləri arasında heç bir əlaqə müəyyən edilməyib. Qan qrupunun intubasiya və ya ölüm riski ilə əlaqəsi yoxdur”, - deyə ekspertlər bildirib.

 

Tədqiqatçılar B (III) və AB (IV) qan qrupuna malik insanların koronavirusa daha çox yoluxduğunu müəyyən ediblər. Alimlər qan qrupunun yoluxma riskinə təsir edə biləcəyi, lakin xəstəliyin ağırlaşması ilə əlaqəsinin olmadığı nəticəsinə gəliblər.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub