Bioloq qrip və COVID-19-a yoluxma riskini azaltmağın yolunu açıqlayıb
17.01.2024 07:46

Klinik tədqiqatlar probiyotiklərin immunitet sistemini dəstəkləməkdə qrip və COVID-19 daxil olmaqla tənəffüs xəstəliklərinin qarşısının alınmasında mühüm rolunu ortaya qoyub. Tədqiqatın əsas məqsədi tərkibində laktobasilli Lacticaseibacillus rhamnosus olan probiotik preparatdır.

Aztibb.az “Clinical Nutrition” jurnalında dərc olunan məqaləyə istinadən xəbər verir ki, bununla bağlı tədqiqat pandemiya zamanı, 2020-ci ilin sonundan 2021-ci ilin əvvəlinə qədər aparılıb.

İştirakçılar COVID-19 xəstələri ilə yaxın təmasda olan könüllülər olublar. Onların yarısı 28 gün ərzində probiyotik qəbul edib. Nəticələr probiyotiklərin əhəmiyyətli faydasını göstərib: probiotik qəbul edənlərin yalnız 26,4%-i Covid və ya ARVI ilə xəstələniblər, diggər qrupu arasında isə bu rəqəm 42,9% olub.

Tanınmış mikrobioloq, Corc Meyson Universitetinin professoru Ança Baranova nəticələri şərh edərək qeyd edib ki, apteklərdə mövcud olan probiotiklərin tərkibində çoxlu faydalı mikroorqanizmlər var. Dərmanın tərkibinə immunitet sistemini gücləndirən, orqanizmin soyuqdəymə və viruslara qarşı müqavimətini artıran 16 müxtəlif ştam var. Professor A.Baranova vurğulayıb ki, bir dərmanda çoxsaylı ştamların olması onu xüsusilə yoluxucu xəstəliklərlə mübarizədə effektiv edir.

Sonda Ança Baranova qrip və digər kəskin respirator virus infeksiyalarının qarşısını almaq üçün probiyotiklər kursunu qəbul etməyi tövsiyə edib. O, xüsusilə yoluxmuş insanlarla təmasda olduqdan sonra profilaktik tədbir kimi probiyotiklərin qəbulunun vacibliyini vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib