Yeni qan testi 18 müxtəlif xərçəng növünü ən erkən mərhələdə aşkar edir
13.01.2024 07:35

Yeni araşdırmalar göstərir ki, qandakı zülalları təhlil edən bir qan testi ümumi xərçəngləri yoxlamaq üçün istifadə edilə bilər. Test 93 faiz dəqiqliklə 18 müxtəlif xərçəng növünü erkən mərhələdə diaqnoz edə bilir.

Aztibb.az “Medimagazin” portalına istinadən xəbər verir ki, mütəxəssislər inkişaf etdirdikləri yeni xərçəng tarama testi ilə insan orqanizmindəki bütün vacib orqanlara təsir edən 18 fərqli xərçəng növünü 93 faiz dəqiqliklə erkən mərhələdə aşkarlaya biləcəklər.

Tədqiqatçılar iddia edirlər ki, yeni test qanda dolaşan şiş DNT-sinə əsaslanan digər testlərdən daha yaxşı işləyir və hazırda sınaqdan keçirilən testlərdən "çox yüksək həssaslığa" malikdir.

Bəzi elm adamları tapıntıların "çox ilkin" olduğununa dair xəbərdarlıq edib və bildirib ki, bu cür testlərin real xəstələrdə istifadə olunub-olunmayacağına qərar verməzdən əvvəl daha çox araşdırmaya ehtiyac var.

Testin tərtibatçıları iddia ediblər ki, onlar qan plazmasındakı zülallara baxmaqla xərçəng nümunələrini normal nümunələrdən ayıra bilirlər və hətta "yüksək dəqiqliklə" müxtəlif xərçəng növlərinə diaqnoz qoya bilirlər.

Tədqiqat zamanı həmçinin xərçəng zülallarının cinsdən asılı olduğuna dair sübutlar tapılıb. Bu o deməkdir ki, diaqnostik proses zamanı kişilər və qadınlar üçün müxtəlif testlər hazırlana bilər.

Tədqiqat üçün 18 müxtəlif xərçəng diaqnozu qoyulan 440 nəfərdən və 44 sağlam qan donorundan qan plazması nümunələri toplanıb.

Test xərçəngin ən erkən mərhələsində kişilər arasında xərçəngin 93 faizini, qadınlarda isə 84 faizini 99 faiz dəqiqliklə aşkar edə bilib.

Tədqiqatçılar testin mövcud texnologiyalardan üstün olduğunu və xərçəngin erkən aşkarlanmasına daha effektiv yanaşma təmin etdiyini bildiriblər. Bunun skrininq qaydalarına dəyişiklik edə biləcəyi və plazma testinin müntəzəm yoxlamaların standart hissəsinə çevrilməsi təklif edilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib