Koronavirusdan sağaldıqdan 3 ay sonra yenidən yoluxma halı qeydə alınıb  
22.07.2020 15:04

ABŞ-da müvəffəqiyyətli sağalmadan üç ay sonra koronavirus infeksiyasına yenidən yoluxan şəxs həkimə müraciət edib.

 

Vaşinqtonun 50 yaşlı sakinində ona artıq tanış olan simptomlar yaranıb. Şəxsdə üç ay əvvəl olduğu kimi, boğazda ağrı, öskürək meydana çıxıb.

 

Aztibb.az popmech.ru resursuna istinadla xəbər verir ki, ilk dəfə həmin insanda SARS-cov-2-yə yoluxma təsdiqləndiyi zaman o, müalicə kursu keçərək müvəffəqiyyətlə sağalmışdı. Lakin indi COVID-19 testi yenidən müsbət nəticə göstərib. Əvvəlki şikayətlərə qızdırma, təngənəfəslik və oksigen çatışmazlığı əlavə olunub.

 

Həkimlər qeyd edirlər ki, SARS-CoV-2-yə yenidən yoluxma mümkün olursa, ehtimal ki, bəşəriyyət koronavirusa qarşı kollektiv immuniteti təbii yolla qazanmağa müvəffəq olmayacaq. İstisna edilmir ki, vaksinlər yalnız qısa müddətli müdafiəni təmin edəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır