Qışda artan sinüzit xəstəliyi və əlamətləri
31.12.2023 10:30

Qış ayları ilə sinüzitdən (haymorit) əziyyət çəkənlərin sayı artır. Burun tıxanıqlığı və axıntı, üzdə ağrı və dolğunluq hissi ilə müşayiət olunan sinüzit həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.


Aztibb.az “CNN Turk”ə istinadən xəbər verir ki, eksperlərin bildirdiyinə görə, hər yaşda görülən bu xəstəliyə yol açan bir çox səbəb var.


Bəs bu qədər tez-tez rast gəlinən sinüzitin əlamətləri hansılardır? Hansı müalicə prosesi aparılır? Qorunmaq mümkündürmü?


Professor Dr. İbrahim Sayın bununla bağlı maraqlı məqamları danışıb:


“Sinüzit tək bir xəstəlik növü kimi ağla gəlsə də, tibbi vəziyyət fərqlidir. Xroniki sinüzitlə yanaşı kəskin sinüzit də var. İnsanlarda dörd cüt sinus var. Onların bəzi rolları və vəzifələri var. Nəfəs aldığımız havanı qızdırmaq, nəmləndirmək, süzülmüş havanı ağciyərlərə ötürmək sinusların funksiyalarındandır."


Sinuslarda bir növ epitel təbəqəsi var. Sinusların içini əhatə edən təbəqə alınan havada yad hissəcikləri, virusları və mikroorqanizmləri tutur. Sonra onları zərərsizləşdirirlər və ümumiyyətlə burun keçidlərinə doğru köçürürlər. Problem məhz buradan başlayır.


Həkim qeyd edib ki, burun və sinuslarda da iltihab meydana gəlir. Biz buna sinüzit deyirik. Bu, müəyyən bir günü keçdikdə, içəridə yığılan mayeyə bakteriyalar əlavə edilərək bakterial sinüzit əmələ gətirir.


Ən çox görülən simptomlar:


-Burun tıxanıqlığı
-Sarı, yaşıl rəngli və ya qanlı burun axıntısı
-Göz ətrafında və yanaqlarda ağrı
-Başda təzyiq hissi
-Qabağa əyilməklə artan üz ağrısı
-Pis ağız qoxusu

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər