Naxçıvanda “Tibb və əczaçılıq biznesinin inkişafı” forumu təşkil edilib
06.12.2023 11:44
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Əczaçılar Klubunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Tibb və əczaçılıq biznesinin inkişafı” forumu keçirilib.
Aztibb.az-a Naxçıvan MR Səhiyyə Nazirliyindən verilən xəbərə görə, foruma tibb və əczaçılıq sektorunun mütəxəssisləri dəvət edilib.
Tədbirdən əvvəl qonaqlar Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzindəki abidəsinin önünə gül dəstələri düzüb və Heydər Əliyev muzeyini ziyarət ediblər.
Forum Naxçıvan Mərkəzi Xəstəxanasının akt zalında öz işinə başlayıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov forum iştirakçılarını salamlayaraq, Naxçıvanda səhiyyə sahəsində aparılan islahatlar, gələcək layihələr haqqında məlumat verib. Bildirib ki, Naxçıvanda sahibkarlığın inkişafı üçün yaradılan imkanlardan tibb və əczaçılıq sahəsində çalışan iş adamlarının da faydalanması Naxçıvan səhiyyəsinin inkişafına bilavasitə təsir edəcəkdir.
Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov, Əczaçılar İctimai Birliyinin sədri Şövqi Bünyatov və Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyinin sədri Günel Əliyeva çıxış edərək Naxçıvanda ilk dəfə keçirilən forumun respublikamızda əczaçılıq sektorunun gələcək inkişafı üçün yeni yollar açağına əminliklərini ifadə ediblər.
Forum “Səhiyyədə özəl sektorun inkişafı”, “Dərman təminatının muasir idarə edilməsi” mövzularında panellərlə işini davam etdirib.
İki ardıcıl paneldə moderatorların rəhbərliyi ilə mövzularla baĝlı ətraflı müzakirələr aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Anar Bayramov Quba rayonunda vətəndaşları qəbul edib
18.10.2026 | 13:26
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
09.10.2026 | 14:14
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
29.09.2026 | 14:41
Xocalı Həkim Məntəqəsində səyyar tibbi xidmət təşkil olunub
18.09.2026 | 17:40
Xocavənd rayonunda təcili tibbi yardım bölməsi istifadəyə verilib
18.09.2026 | 09:18
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
16.09.2026 | 09:48
Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz edilib
10.09.2026 | 15:29
Naxçıvanda Təcili Tibbi Yardım Xidmətinin personalı üçün təhlükəsizlik və vəzifə öhdəliklərinə dair təlim keçirilib
02.09.2026 | 15:15
Şəhid anası Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ziyarət olunub
27.07.2026 | 12:57
Anar Bayramov Şuşa Müalicə-Sağlamlıq Mərkəzi və Qarabağ Universitetində olub
30.06.2026 | 14:13
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

