Türkiyəli həkimlər xarici ölkələrdə reanimasiya və orqan transplantasiyası təcrübələrini bölüşüblər
05.12.2023 10:18

Türk həkimlər Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda "Ümumi reanimasiya təhsili və orqan bağışlanması" adlı proqramda Bosniya və Herseqovinadan olan həmkarları ilə təcrübələrini bölüşüblər.

Aztibb.az “Medimagazin” portalına istinadən xəbər verir ki, həkimlər Balkan ölkələrində orqan bağışlanması və transplantasiyası ilə bağlı hüquqi infrastrukturun inkişaf etdirilməsi lazım olduğuna diqqət çəkərək, cəmiyyətdə orqan bağışlanması ilə bağlı maarifləndirmə işinin vacibliyini vurğulayıblar.

Cərrahpaşa Tibb Fakültəsi Reanimasiya kafedrasının müdiri Dr. Oktay Demirkıran iki günlük kurs proqramının təşkil edildiyini, təcrübə və nəzəri biliklərin onlarla paylaşıldığını bildirib.

Rəylərin çox müsbət olduğunu deyən həkim, Bosniya və Herseqovina Federasiyasının Səhiyyə Nazirliyi ilə əməkdaşlığı davam etdirəcəklərini söyləyib.

Bundan əvvəl isə Qərbi Afrikada ilk orqan transplantasiyası Seneqalın paytaxtı Dakarda türk həkimlərlə birgə həyata keçirilib.

Türkiyə son üç ildə canlı donorlardan böyrək və qaraciyər transplantasiyası üzrə dünya lideridir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev