Koreyalı bioloqlar qocalmanı geri qaytarmağın yolunu kəşf ediblər
04.12.2023 16:32

Mitoxondriyada gen aktivliyindəki dəyişikliklər koreyalı bioloqların tədqiqat obyektinə çevrilib.


Aztibb.az “Neprosto.fun” nəşrinə istinadən xəbər verir ki, onların işi maraqlı nəticələr ortaya çıxarıb. Bu mitoxondriyada gen aktivliyindəki dəyişikliklərin orqanizmin qocalma sürətinə necə təsir edə biləcəyini və onun cavanlaşmasına kömək edə bilməsini müəyyən edir.


Bu tapıntılar laboratoriya siçanları üzərində aparılan təcrübələrdən əldə edilib. Mütəxəssislər POLG adlı geni dəyişdirərək DNT-si dəyişdirilən siçanlar üzərində təcrübələr aparıblar. Mutasiya nəticəsində gen yalnız müəyyən bir dərmana - antibiotik doksisikline məruz qaldıqda polimeraza istehsal edə bilib. Alimlər müşahidə ediblər ki, bu antibiotik siçanların qidasına əlavə edildikdə onların dərisi tez qırışır, tükləri tökülür. Ancaq dərman dayandırıldıqdan sonra sürətlənmiş qocalma prosesi dayanır və siçanlar daha gənc görünür.


Bu nəticələr qocalma prosesinə təsir imkanları və mitoxondriyadakı genlərin fəaliyyətini dəyişdirərək orqanizmi cavanlaşdırmağın mümkün üsulları haqqında əlavə fikirlərə səbəb olub.


Laboratoriya siçanları üzərində aparılan təcrübələr qocalmanın molekulyar mexanizmlərini və bu proseslərə müdaxilənin mümkün üsullarını öyrənmək üçün yeni perspektivlər açır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev