Alimlər zədələnmiş toxumaların sağalmasına kömək edə biləcək canlı robot yaradıblar
04.12.2023 11:53

Alimlər yaraların və zədələnmiş toxumaların sağalmasına kömək etdiyi güman edilən "antrobotlar" adlı canlı kiçik robotlar istehsal etməyə müvəffəq olublar.


Aztibb.az xəbər verir ki, "CNN"in məlumatına görə, Tafts Universiteti və Harvard Universitetinin alimləri tədqiqatlarında müxtəlif yaş və cinslərə malik yetkin donorlardan alınan trakeal hüceyrələrdən istifadə ediblər.


Alimlərin bu işi əvvəllər istehsal etməyə müvəffəq olduqları "ksenobot" adlı ilk canlı robotlar üzərində qurulub.


Tədqiqatçılar bildirdilər ki, onların son məqsədi antropobotların tibbi tətbiqlərdə istifadə oluna biləcəyi sualına cavab verməkdir.


Bu kontekstdə tədqiqatçılar kiçik robotların laboratoriyada yetişdirilən insan neyronlarında "zərəri təqlid etmək" üçün hərəkət edib-etmədiyini də araşdırıblar.


“Antrobot”da türk qadın alimin imzası var


Tədqiqatçılar sağalma mexanizmini hələ dərk etməsələr də, “antrobotların” neyronların zədələnmiş nahiyəsində böyüdüyünü bildiriblər.


Tədqiqatın müəlliflərindən biri olan Tufts Universitetinin fəlsəfə doktoru Gizem Gümüşkaya, tədqiqatda trakeal hüceyrələrə hərəkət təmin etmə qabiliyyətinə və nisbətən asan əldə edildiyinə görə üstünlük verildiyini söyləyib.


“Antrobotlar” 60 günə qədər yaşaya biliblər


Tədqiqatın müəlliflərindən olan professor Maykl Levin bildirib ki, “antrobotları” bənzərsiz edən hüceyrələrin öz-özünə bir araya gəlməsidir.


Levin, bir çox elm adamının bioloji robotlar hazırladığını, lakin onların qurulmuş qəliblər üzərində yaşamaq üçün hüceyrələri əl ilə "səpərək" edildiyini söyləyib.


Yaradılan "Antrobotlar" laboratoriya mühitində 60 günə qədər yaşaya biliblər.


Araşdırmanın nəticələri “Advanced Science” jurnalında dərc olunub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev