Trixotillomaniya - pis vərdişdir, yoxsa psixoloji pozuntu?
03.12.2023 15:02

İlk olaraq, belə insanların saçlarını yolduqlarını, qaşlarını, kipriklərini yolduqlarını görə bilərsiniz. Təssüf ki, bu, psixoloji pozuntudur və mütləq şəkildə psixiatrik və psixoloji müalicəyə tələb edir. Belə insanlar sırf saç yolmaqla özlərinin daha çox rahat olduqlarını izah edirlər.


Aztibb.az xəbər verir ki, psixoterapevt Aydan Xasməmmədzadənin sözlərinə görə, bu insanlar hər hansısa bir travmadan əziyyət çəkdiklərinə görə belə bir saç yolmaq vasitəsilə özlərini cəmiyyətdən uzaqlaşdırıb daha rahat hiss etməyə vadar edirlər.
Bu xəstəliyin digər forması dermatillomaniyadır. Yəni dırnaq ətrafı dərini və ya sadəcə dərini qoparmaqla xarakterizə olunur.
Nədən bir insan özünə əziyyət versin?


Psixoterapevt bunu belə izah edib ki, insan özünü nədəsə günahlandırır və buna görə özünü cəzalandırır və onlar kompulsiv şəkildə saç və ya dərini qopardırlar. Daha başqa bir izahat budur ki, bu impulsiv hərəkət pozuntusudur. Onlar özlərinə nəzarəti itirdikdən sonra saç və ya dərini qoparırlar.


Trixotillomaniyanın müalicəsinə gəldikdə həkim burada dərman və psixoterapiyanın paralel aparılmasının vacib olduğunu deyib:


“Psixoterapiyanın əsas xarakteristikası, əlbəttə ki, davranış psixoterapiyasıdır və ya koqnitiv davranış, yəni düşüncəni dəyişərək davranışın dəyişdirilməsidir. Daha sonra burada insanlar mütləq şəkildə psixo erudisiya almalıdırlar ki, onlar belə bir situasiyaya uğradıqda nələr etməli olduğunu bilsinlər. İlk olaraq onlar sırf stress situasiyalarından uzaq qalmalı, eyni zamanda hər hansısa bir problem yaşadıqda müəyyən vasitə ilə bu stressdən azad olmalıdırlar”.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev