Bestseller tibbi kitablar: Genetikamızı dəyişən və onu həmişə qorxu altında saxlayan virus
28.11.2023 15:12

İndiyədək yer üzündə baş verən epidemiyalar, xüsusən vəba virusları “dünyaya ağalıq edib”. Mikroskop altında çil-çirağı xatırladan qəhvəyi rəngli tac kimi görünən bu virus, ölkələr dağıdıb, insanları öz yurdlarından didərgin salıb, min illik taxt-tacı çökdürüb, hakimiyyətləri viran qoyub, məhv edib.


Aztibb.az tibb və sağlamlığa dair dəyərli kitabları oxucularına tövsiyə edir.

Virusa tutulan şəxs, kimliyindən, harada yaşamağından asılı olmayaraq ölümlə üz-üzə dayanır və sonda məğlub olur. Milyardlarla dollar xərclənib ki, yer üzü, insanlıq, həyat bu ölüm viruslarından xilas olsun. Amma mümkün olmayıb. Ölənlərin sayı o qədər çox olub ki, onları yandırmaq da mümkünsüz sayılıb. Məsələn, 165-ci ildə Roma İmperiyası vəba virusundan dağılıb, viran qalıb, 5 milyon nəfərdən çox əsgər sıradan çıxıb. Nəticədə imperator Mark Avremyanın özü də vəbadan həlak olub.

Məlumata görə dünyanın üç peyğəmbəri də bu xəstəliyin sindromlarından vəfat edib. Tarix göstərir ki, Azərbaycanın da taleyi bu viruslar kralının ölüm hökmündən yan keçməyib. Nəticədə, Azərbaycan VI əsrdən üzü bəri, 109-cu, 1347-ci, 1771-ci, 1826-cı, 1916-cı, 1957-ci və s. illərdə baş verən epidemiyada 8 milyon 750 min nəfər insan itirib… Amma epidemiya və onun sindromları davam edir. Epidemiyalara qarşı mübarizə aparan Azərbaycan həkimlərindən təqribən 80 min nəfər bu yolda həlak olub.

Müəllif bu kitabda çox çətinliklə əldə etdiyi ən məxfi materialları əhatə edən və bilavasitə genetikamızı dəyişən və onu həmişə qorxu altında saxlayan virusa qarşı vaksin axtaran azərbaycanlı həkim, professor, öldürülən Lətif Vəliyevlə bağlı çox maraqlı tədqiqatı təqdim edir.

Kitab “Qanun” nəşriyyatı tərəfindən Azərbaycan dilində də çap edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib