Xəstələrin əksəriyyəti ürək dayanması zamanı hisslərini xatırlayır
27.11.2023 17:05

Alimlər təsdiq ediblər ki, insan beyni ürək döyüntüsü dayandıqdan sonra uzun müddət aktiv qalır.


Aztibb.az “Resuscitation” jurnalına istinadən xəbər verir ki, tədqiqat ürəyin döyünməsi dayandıqda şüurun vəziyyətinin təəccüblü tərəflərini ortaya qoyub.


Nyu York Universitetinin alimlərinin fikrincə, ürək dayandıqdan sonra insan huşunu itirir, həyat əlamətləri yox olur, lakin beyin fəaliyyətini davam etdirir. Vaxtında yardımın göstərilməsi kritik əhəmiyyət kəsb edir, çünki yeni məlumatlar çoxlarının bu anlarda baş verənlərlə bağlı xatirələrini saxladığını təsdiqləyir.


Tədqiqata ürək dayanması qeydə alınan beş yüzdən çox xəstə daxil edilib. Reanimasiya zamanı beyin fəaliyyətinə nəzarət etmək üçün xəstələrin sinəsinə sensorlar taxılıb. Xüsusi proqram onların beyninin fəaliyyətinə və vəziyyətinə uyğun görüntü və səsləri yenidən yaradıb.


Ürəyin hərəkətsiz qalma müddəti orta hesabla 26 dəqiqə idi və bəzi hallarda bu müddət bir saata çatıb. Uğurla reanimasiya edilən 213 xəstədən yalnız 53-ü sağ qalıb və xəstəxanadan buraxılıb.


Sağ qalan 28 xəstə ilə müsahibələr göstərib ki, onlardan 11-i ürək dayanması zamanı şüurun mövcudluğunu göstərən xatirələri və hissləri təsvir edib. Onlar huşsuzluqdan sağalma və reanimasiya zamanı təcrübələrini bildiriblər. Xəstələrdən biri cəhənnəm odu hissini təsvir edib və bu hissi dərmanın damardan yeridildiyi anla əlaqələndirib.


Bu nəticələr tibbi cəhətdən kritik anlarda şüuru anlamaq üçün yeni perspektivlər açır və beyin funksiyasını və xəstənin sağalma potensialını qorumaq üçün davamlı reanimasiyanın vacibliyini vurğulayır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev