Niyə mədə quruldayır? Mədədən gələn maraqlı səslərin səbəbi
23.11.2023 11:12

Mədə qurultusu bəzən zəhlətökən bir səs ola bilər. Halbuki bu səslər mədə və o zaman işləyən digər orqanların səsləridir və boş mədədə daha asan rezonans verdiyi üçün səs daha çox eşidilir.

Aztibb.az “CNN Türk”ə istinadən xəbər verir ki, mütəxəssislər yeməkdən sonra mədədən gələn səs-küyün səbəbini belə izah edir. Mədədəki qida və mayeni nazik bağırsağa itələyən hamar əzələlərdir. Mədə qida qəbul etdikdən sonra həzmi davam etdirmək üçün qidanı digər orqana itələyir və bu arada “qurultu” dediyimiz vəziyyət yaranır. Bu səslər üçün hətta tibbi termini “borborigmus” adlanır.

Bu səslər heç də həmişə mədəyə aid deyil. Bəzən kiçik və ya yoğun bağırsaqdan da gələ bilər.

Ac olanda vəziyyət fərqlidir. Aclıq sancıları mədə boş olduqda baş verir. Mədə qida çatışmazlığını tanıyır və qrelin adlı bir hormon ifraz etməyə başlayır. Bu hormon beyinə çatdıqda aclıq hissi və həzm sistemi işə düşür.

Mədə boş olduğu zaman işləyən həzm sistemi mədə və ya bağırsaqlarda qalan artıq maye, bərk və ya mikrob qalıqlarını təmizləmək üçün hərəkətə keçir və bu anda mədə qurultusu baş verir.

Başqa bir sual: Niyə mədəmiz yemək iyi gələndə guruldayır? Çünki mədə gələcək qida haqqında düşünərək həzm etməyə başlayır.a

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev