Səssiz pandemiya: Hər 10 nəfərdən birində var, hətta ana bətnində olan körpəyə də təsir edir
18.11.2023 12:29

Son zamanlar şəkər xəstəliyinin nisbətində ciddi artım olduğunu söyləyən professor Şərif Dəmir diabetin insan sağlamlığına və həyat keyfiyyətinə mənfi təsir etməklə yanaşı, bir çox başqa mənfiliklərə də səbəb olduğunu bildirib.

Aztibb.az “T24” internet qəzetinə istinadən xəbər verir ki, Düzce Universitetində "Səssiz Pandemik Diabet" adlı konfransda professor diabetin əhəmiyyətinə toxunaraq, hər 10 adamdan birinin şəkər xəstəliyinə tutulduğunu söyləyib.

1920-ci illərdə insulinin əhəmiyyəti başa düşülənə qədər xəstələrin dramatik şəkildə ölməsinin gözlənildiyini ifadə edən Şerif Dəmir, insulinin kəşfi ilə ölümlərin qarşısının alındığını deyib. Son zamanlar şəkərli diabetin nisbətində ciddi artım olduğunu vurğulayan alimb insanların risklərini bilməli və həyatlarını buna uyğun yaşamalı olduğunu qeyd edib.

Dünyada 557 milyon insanın şəkərli diabetlə yaşayır. Diabet üçün qlobal sağlamlıq xərclərinin 2045-ci ilə qədər 1 trilyon dollara çatacağı təxmin edilir. Ümumdünya Səhiyyə Təşkilatı diabetin ən çox orta və aşağı gəlirli ölkələrdə müşahidə olunduğunu bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev