Nigeriyada 2,3 milyon uşağa poliomielit peyvəndi vurulub
18.11.2023 10:32

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın Anambra əyalətində poliomielit xəstəliyinə qarşı aparılan kampaniyada 2,3 milyon körpə və uşaq peyvənd edilib.

Aztibb.az “T24” internet qəzetinə istinadən xəbər verir ki, Anambra Əyalətinin Səhiyyə Müvəkkili Afam Obidike etdiyi şərhdə, son bir aydır əyalətdə poliomielit xəstəliyinə qarşı peyvənd kampaniyasına başlanıldığını bildirib.

Peyvənd kampaniyasında 1,5 milyon körpə və 0-5 yaş arası uşağın hədəf alındığını bildirən Obidike, indiyə qədər əyalət üzrə 2,3 milyon körpə və uşağın hədəflənmiş sayının aşıldığını qeyd edib. O, əyalətdə peyvənd kampaniyasının davam etdiyini ifadə edərək, virusa qarşı toxunulmazlıqlarını gücləndirmək üçün valideynləri uşaqlarına peyvənd etdirməyə çağırıb.

Afrikada uşaq iflici Burundi, Nigeriya, Qambiya, Uqanda, Benin, Burkina Faso, Kamerun, Efiopiya, Mali, Niger, Çad və Sudanda da aşkarlanıb.

Qida, su və təmas yolu ilə keçən poliomielit virusuna qarşı tədbir görülməzsə, bu, tənəffüs yollarında problemlərə, uşaqların ömürlük iflic olmasına və ölümə səbəb ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev