Cinsiyyət orqanının estetikasına  qərar verməzdən əvvəl nələri bilməlisiniz
18.11.2023 11:21

Son illərdə qadınlar arasında populyarlaşan genital plastik əməliyyatlar sağlamlıq turizmi çərçivəsində çoxlu sayda xarici xəstənin Türkiyəyə getməsinə səbəb olur. Mütəxəssislər bu əməliyyatların təkcə estetik məqsədlə deyil, eyni zamanda bir çox xəstəliklərin müalicəsində də istifadə edildiyinə diqqət çəkirlər.

Aztibb.az “T24” internet qəzetinə istinadən xəbər verir ki, ginekoloqların bildirdiyinə görə, çox qadın cinsiyyət orqanlarında yaş, doğum və genetik faktorlar kimi səbəblərə görə problem yaşaya bilər.

Bəs hansı hallarda genital estetika tələb olunur, genital estetika necə tətbiq olunur, ən yeni üsullar hansılardır, bu əməliyyatlardan sonra qadınların və cütlərin həyatında hansı dəyişikliklər olur? Bütün bu suallara ginekoloq Azər Aras Uluğ cavab verib.

“Barbie Vagina” estetikası

“Barbie Vagina” estetikası haqqında məlumat verən həkim bildirib ki, xüsusilə Hollivudda başlayan bu estetik üsul son illərdə ən çox tələb olunan əməliyyatlardan birinə çevrilib. Bu üsul tək bir cərrahi əməliyyat deyil, qadının estetik, funksional və anatomik problemləri üçün bir çox estetik prosedurları və estetik əməliyyatları ehtiva edir. Əməliyyat təcrübəli ginekoloqlar tərəfindən planlaşdırılmalıdır.

Labioplastika nədir və kimlərə tətbiq edilir?

Genital estetik əməliyyatlar arasında labioplastika və vaginoplastika ən çox maraq doğuran əməliyyatlardır. Bu əməliyyatların detallarına toxunan həkim Azər Aras Uluğ qeyd edib ki, bu üsullar qadınların ən çox maraqlandığı və etmək istədikləri əməliyyatlar arasındadır. Labioplastika yəni daxili dodaq estetik əməliyyatı birinci gəlir, daha sonra vaginoplastika yəni vaginanın dartılması əməliyyatı gəlir.

Daxili dodaq estetikasında, yəni labioplastika əməliyyatında; Məqsəd dodaqların sallanan, qırışmış, normaldan uzun, qalın, tünd və asimmetrik toxumalarını aradan qaldırmaq və onlara daha estetik və xoş görünüş verməkdir.

Labioplastika əməliyyatı keçirmək istəyən qadınların ümumi şikayəti dar şalvar, tayt, çimərlik paltarı və ya bikini geyə bilməmək, alt paltarında salfetlərin yaratdığı diskomfort hissi, velosiped və ya motosiklet sürə bilməmək, sidiyin ayaqların arasına axması, qaşınma, tez-tez vaginal infeksiyalar, göbələk infeksiyaları və tez-tez sidik yolları infeksiyaları, cinsi əlaqə zamanı ağrı, cinsi özünəinamın itirilməsi kimi problemlərdir.

Qeyri-cərrahi genital estetik üsullar hansılardır?

“Əməliyyat üçün nəzərdə tutulmayan xəstələrə də estetik və kosmetik üsullar tətbiq oluna bilər. Bunlara lazer vaginal daraltma, lazer sidik qaçırma müalicələri, rəng açdırma tətbiqləri, mezoterapiya, trombositlərlə zəngin maye ilə orqazm platformasına tətbiqlər, PRP və hialuron turşusu doldurucularla G nöqtəsinin böyüdülməsi daxildir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev