Gürcüstanda yoluxanların sayı sağalanların sayını ötməyə başlayıb
21.07.2020 21:24

Son on gün ərzində Gürcüstanda koronavirusa yoluxanların gündəlik artımı sağalanların artımını ötməyə başlayıb.

 

Aztibb.az sputnik-georgia.ru resursuna istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze brifinqdə məlumat verib.

 

Onun sözlərinə görə, son həftə ərzində 46 nəfər COVID-19-dan sağalıb, 63 nəfər yoluxub.

 

“Son bir ay ərzində sağalanların sayı yoluxanların sayından çox olub. Son həftədə isə yoluxanların sayı sağalanların sayından yüksəkdir”, -  deyə Qamkrelidze qeyd edib.

 

O, son həftə ərzində yeni yoluxmaların, 24 halın böyük hissəsinin Qardaban rayonunda (Kvemo Kartli regionu) qeydə alındığını bildirib. Buna baxmayaraq, İdarələrarası Koordinasiya Şurası hələlik rayonda karantinin tətbiqi ilə bağlı qərar qəbul etməyib.

 

Qamkrelidze epidemiyanın zəifləmədiyini, əksinə, son iki həftə ərzində yoluxma sayının artdığını diqqətə çatdırıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır