“Azərbaycanın regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI regional konfrans keçirilib
08.10.2023 20:47

Masallı rayonunda Akademik Zərifə Əliyevanın 100 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 15 illiyinə həsr olunmuş Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Azərbaycanın Regionlarında oftalmoloji yardımın optimallaşdırılması” mövzusunda XI Regional konfransı keçirilib.

 

Bu barədə Aztibb.az-a Milli Oftalmologiya Mərkəzindən məlumat verilib.

 

Konfransın keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaq idi.

 

Tədbiri giriş sözü ilə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, prof. Elmar Qasımov açıb.

 

Prof. Elmar Qasımov konfransın keçirilmə məqsədindən, Masallı filialının 15 il ərzindəki fəaliyyətindən, əhaliyə yüksək xidmətindən bəhs edərək oftalmologiyanın regionlarımızda durmadan artan inkişafını və gələcəkdə daha da irəli getməsi ilə bağlı görüləcək işlərdən danışıb. Həmçinin yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına hər zaman dəstəyini davam etdirəcəyini bildirib.

 

Daha sonra TCOD-un Onursal Başqanı Op. Dr. Sunay Duman, TCOD-un Genel Başqanı, prof. Öner Gelişken, TOD-un Genel Başqanı, prof. Ziya Kapran və prof. Suleyman Kaynak Masallı filialının 15 illiyi münasibəti ilə video formatda prof. Elmar Qasımovu və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarını təbrik edib, müvəffəqiyyətlər arzulayıblar.

 

Konfransda t.e.d. Hicran Namazova, t.e.d. Nazilə Rüstəmova, t.e.d. Rəna Ağayeva, AOC-un sədr müavini t.ü.f.d. Yazgül Abdiyeva, AOC-un elmi katibi Ceyhun Nəzərli, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası Oftalmologiya şöbəsinin müdiri, t.ü.f.d. dos. Qurban İsmayılov, ADMO-nun sədri Emin Əlihüseynli, həmçinin Bakıdan və bir çox regionlardan mütəxəssislər iştirak ediblər.

 

Tədbirdə “Katarakta cərrahiyyəsində fəsadlı hallar”, “Vaxtından əvvəl doğulmuşlarda katarakta və qlaukoma”, “Atipik retrobulbar iltihablara dair (klinik hal)”, "Kataraktanın ekstraksiyası əməliyyatından sonra qalıq refraksiyasının Eksimer lazer korreksiyası", "Buynuz qişanın və ön kameranın yad cisimləri”, “Uşaq və yeniyetmələrdə refraksiya qüsurları zamanı optikoreflektor məşqlərin effektivliyi”, "Uveitlərin diaqnostikası və müalicəsində multidissiplinar yanaşmanın əhəmiyyəti” və digər mövzularda məruzələr dinlənilib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır