Ödənişsiz psixoloji yardımla bağlı normativ hüquqi aktlarda dəyişiklik edilib
21.10.2020 09:22

Ödənişsiz psixoloji yardımla bağlı normativ hüquqi aktlarda dəyişiklik edilib.

 

Bu, Nazirlər Kabinetinin Əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış müvəqqəti yaşayış yerində və xəstəxanalarda olan qocalara, uşaqlara, aztəminatlı və ailə başçısını itirmiş şəxslərə, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlara, İİV-lə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə, orqan və (və ya) toxumaların götürülməsi zamanı əməliyyatla bağlı donorlara tibbi və sağlamlıq imkanları məhdud uşaqlara tibbi, defektoloji və psixoloji yardımın (xidmətin) göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 mart tarixli 37 nömrəli və “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarlarına edilən müvafiq dəyişiklikdə əksini tapıb. 

 

Nazirlər Kabinetinin həmin dəyişikliklərlə bağlı izahına əsasən, “Psixoloji yardım haqqında” Qanunun 6.5-ci maddəsinə müvafiq olaraq “Ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtləri”nin təsdiq edilməsi haqqında 17 oktyabr 2020-ci il tarixli 398 nömrəli Qərarına uyğun olaraq:

 

-“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial xidmətə götürülmüş şəxslərin (ailələrin);

-fövqəladə hadisə zamanı zərər çəkmiş şəxslər, onların ailə üzvləri, habelə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin;

- kollektiv müqavilədə nəzərdə tutulduğu hallarda Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin;

-“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin;

- “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq insan alverinin qurbanı olmuş şəxslərin;

- Bu qaydada göstərilən şəxslərlə yanaşı, digər şəxslərin də ödənişsiz psixoloji yardım almaq hüququ müəyyən edilib.

 

Buna əsasən Nazirlər Kabinetinin müvafiq Qərarlarında dəyişiklik edilib.

ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Oromandibulyar distoniya nədir?
Diabet və böyrəklər: səssiz təhlükə
Uşağın tez-tez xəstələnməsi normaldırmı, yoxsa zəif immunitetin göstəricisidir?