I qrup əlil olan Xocalı sakini evində ziyarət edilib
15.09.2023 13:37

Xocalı Rayon Mərkəzi Xəstəxanasının direktoru Aqil Məmmədov, Cəmilli ASM-in müdiri Gülnarə İsayeva, baş tibb bacısı Çiçək Quliyeva və Gülnar Əliyeva Xocalı rayon Cəmilli kənd sakini, I qrup əlil Elya İsmayılovanı evində ziyarət ediblər.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, sağ ayağı bud nahiyyəsinin 3/1 hissəsi amputasiya olunmuş, şəkərli diabet xəstəsi olan Elya  xanımın həyat yoldaşı Yaşar Mehdiyev də şəkərli diabet və dializ  xəstəsidir.

 

Elya İsmayılova tibbi müayinə olunub, lazimi dərman və sarğı materialları ilə təmin edilib. Ona səhhəti ilə bağlı müəyyən tövsiyyələr verilib.

 

Hərəkət məhdudiyyəti nəzərə alınaraq Elya İsmayılova Xocalı RMX tərəfindən əlil arabası ilə təmin olunub.
 
Həkim nəzarətində olan xəstənin müalicəsi davam etdirilir, ona tibb bacıları tərəfindən mütamadi olaraq tibbi xidmət göstərilir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub