Xaçmazda Maqsudkənd tibb məntəqəsinin açılışı olub
06.08.2023 09:13

Xaçmaz rayonu Maqsudkənd kəndində yeni inşa edilən tibb məntəqəsi kənd sakinlərinin istifadəsinə verilib.

 

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a verilən xəbərə görə, Maqsudkənd tibb məntəqəsinın açılışında müəssisənin direktoru Səyyaf Tağıyev, direktorun inzibati məsələlər üzrə müavini Murad Həbibov, xəstəxana əməkdaşları və kənd sakinləri iştirak ediblər.

 

Yeni inşa edilən tibb məntəqəsi Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən lazımi avadanlıqlarla təmin edilib.

 

Açılışda öncə Dövlət Himni səsləndirilib. Giriş sözü ilə çıxış edən direktor Səyyaf Tağıyev yeni istifadəyə verilən tibb məntəqəsinin kənd sakinlərinə daha yüksək səviyyədə tibbi xidmət göstərəcəyini bildirib.

 

Tibb məntəqəsinin müdiri Səkinə Musayeva uzun illər Xaçmaz rayonunda tibb sahəsində çalışan işçilərdəndir. O, hər bir şəraiti olan tibb məntəqəsində kənd sakinlərinə daha həvəslə tibbi xidmət göstərəcəyini vurğulayıb.
Yeni tibb məntəqəsinin açılışı kənd sakinlərinin də sevincinə səbəb olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır