Dünya Azərbaycanlı Təbiblərin Simpoziumunun iştirakçıları Şuşaya səfər ediblər
23.06.2023 19:30

Dünya Azərbaycanlı Təbiblərin Simpoziumu (DATS) çərçivəsində xarici ölkələrdən gələn həkimlər Şuşa şəhərinə səfər ediblər.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, simpozium iştirakçıları Şuşa mərkəzi meydanında Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün büstlərinə baxış keçirib.

 

Heydər Əliyev ilinə həsr olunan Dünya Azərbaycanlı Təbiblərin Simpoziumuna qatılan həkimlər Şuşada Yuxarı Gövhər Ağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini və Şuşa qalasını ziyarət ediblər. Qonaqlar Cıdır düzünə baş çəkərək illər sonra vətəndə, Şuşada olmağın qüruru ilə yallı gediblər.

 

Qonaqlar simpoziumun təşkil edilməsində zəhməti keçən hər kəsə təşəkkür edərək proqrama Şuşa səfəri kimi önəmli bir hissənin əlavə olunmasından da məmnunluqlarını dilə gətiriblər.

 

Qeyd edək ki, ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu 17-22 iyun tarixlərini əhatə edib. Bakı, Sumqayıt, Quba, Lənkərana səfərlər təşkil olunub, xaricdən gələn azərbaycanlı həkimlər TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin fəaliyyəti ilə tanış olublar. İyunun 20-21-də simpoziumun elmi hissəsində 14 paneldə bir-birindən aktual və maraqlı mövzular üzrə təqdimatlar və müzakirələr olub.

Xatırladaq ki, simpoziumda dünyanın 14 ölkəsindən 120-dək azərbaycanlı həkim iştirak edib. 1 500-dək Azərbaycanda çalışan tibb işçisi simpoziumun panellərinə qatılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub