Gəncə Şəhər Birləşmiş Xəstəxanasının müəssisələri müasir tibbi avadanlıqlarla təchiz olunur
05.06.2023 15:40
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Birləşmiş Xəstəxanası nəzdindəki tibb müəssisələri yeni tibbi avadanlıqlarla təchiz olunur. Kardioloji xəstəxanada Stress Testi (tredmil) sistemi və Holter monitor (ritm) artıq fəaliyyətə göstərir.
 
Aztibb.az-a bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.
 
Qeyd edək ki, Stress Testi ürək-damar xəstəliklərinin diaqnostik və proqnoztik olaraq dəyərləndirilməsində geniş istifadə olunan müayinə metodudur. Bu test fiziki aktivlik vasitəsilə (qaçış testi) ürəyin iş yükünün artırılması və bu yüklənmə əsasında ürək əzələsinin qidalanmasındakı yetərsizliyə yol aça biləcək koronar damar xəstəliyinin olub-olmadığını, eyni zamanda fiziki aktivliklə ortaya çıxan ritm pozğunluqlarının araşdırılmasına əsaslanır.
 
Holter monitor(ritm) isə kiçik, daşınabilən, ürək ritmini ölçən cihazıdır. Adətən sakitlik EKQ çəkilişi zamanı qeyd edilə bilməyən qeyri-requlyar ritmlərin qeydə alınması üçün istifadə olunur. 24 saatlıq (və ya daha uzun müddət) müddətdə pasiyentin üzərində qalaraq, nəinki sakitlikdə, hərəkət, stress zamanı da ürək ritmini qeydə alır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır