Təcili tibbi yardıma qədər xəstəyə necə kömək edilməlidir?
13.10.2020 10:19

Bir çox hallarda həkimə, təcili yardıma qədər ilkin tibbi yardım göstərmək lazım olur. Çox zaman insanların taleyi göstərilən ilkin tibbi yardımdan asılıdır və kiçik bir yanlış ciddi nəticələrə səbəb ola bilər. Ona görə də, ilkin tibbi yardım göstərməyi əslində hər kəsin bilməsi vacib sayılır. Qaydaları bilməyənlərin isə ilkin yardım göstərməməsi tövsiyə olunur.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin həkimi Bəylər İmanov məlumat verib. 

 

İnsanlar müxtəlif xəstəliklər zamanı ağırlaşmalar, bədbəxt hadisələr baş verdikdə orqanizmdə ciddi zədələnmələr, yanıqlar, elektrik vurması, kəskin zəhərlənmələr və digər hallarda təcili yardım çağırırlar. Təcili yardım gələnədək xəstənin vəziyyəti pisləşərsə bir sıra vacib nüanslara diqqət yetirmək lazımdır. Əgər xəstədə hər hansı xroniki xəstəlik varsa, məsələn, şəkərli diabet, hipertoniya, ürək-damar xəstəlikləri və s. bu zaman onun qan təzyiqi ölçülməli, sakit və rahat yerdə uzandırılmalı, pəncərələr açılaraq xəstəyə təmiz hava verilməlidir.

 

Xəstədə hipertoniya olduqda qan təzyiqi ölçülməli, təzyiq yüksək olduqda adətən qəbul etdiyi dərmanlar, əl altında yoxdursa, limon qarışdırılmış su verilməli, ayaqları isti suya qoyulmalıdır ki, təzyiq bir qədər aşağı düşsün. Şəkərli diabet xəstələrində mütləq şəkər ölçülməli, xəstə rahat və sakit uzandırılmalıdır. Ürək-damar xəstəliyi olan insanlar döş qəfəsində güclü ağrı hiss etdikdə, təcili yardım gələnə qədər arterial təzyiqi ölçmək və lazım olarsa, damarları genişləndirən təzyiq salan dərman verilməlidir. Kürəyə, boyuna, çiyinə, sol qola vuran ağrılar ürəyin işemik xəstəliyinin ilkin əlamətləridir.

 

Bədbəxt hadisələr - yıxılma, elektrik cərəyanı vurması, avtomobil qəzaları və s. zamanı xəstə xəsarət alarsa, o rahat uzandırılmalı, başı bir qədər yüksəkdə qoyulmalı, rahat nəfəs almaq üçün geyimdəki düymələr açılmalıdır. Xəstə huşunu itirərsə və qıcolma olarsa, məsələn, kardiogen, miokard infarktında, anafilaktik şokda, allergiyalarda hissiyyat itərsə, təcili yardım gələnə qədər sakitlik yaratmaq, xəstəni uzatmaq və naşatır spirti iylətmək lazımdır.

 

Bəzi dayanmayan və kəskin qarın ağrıları zamanı da təcili yardım çağırılır. Qarın ağrısı bir sıra xəstəliklərin: kəskin appendisit, pankreatit, xolesistit, pielonefrit, sistitdə müşahidə olunur. Həkim gələnə qədər ilk növbədə, xəstəni sakit yerdə uzandırmaq və həkimi gözləmək lazımdır. Bu hallarda xəstəyə qətiyyən ağrıkəsici vermək olmaz.

 

Ağrı yerinə istiqac və ya isti vanna qəbul etmək qətiyyən olmaz. Bu, qarında iltihabın tez bir zamanda inkişafına və peritonitin əmələ gəlməsinə səbəb olur. Bağırsaqları yumaq, ödqovucu preparatlar vermək qətiyyən olmaz. Bütün bu hallarda mütləq təcili yardım çağırmaq mütləqdir. Yardımı çağırarkən ünvanı və telefon nömrəniz, habelə çağırışın səbəbi dəqiq deyilməlidir.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib