Allergik xəstəliklərin əlamətləri - Allerqoloq açıqladı
09.05.2023 13:10
Allergiya 21 əsrin xəstəliyi hesab olunur. İldən-ilə bu xəstəlikdən əziyyət çəkənlərin sayı artır. Bunun səbəbləri çoxdur: ekologiya, qidalanma xüsusiyyətləri, yaşam tərzi, yeni məhsullarin ortaya çıxması və fərqli növ allergiyaların əmələ gəlməsi və s.
 
Bu barədə Aztibb.az-a Nərimanov Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Uşaq Klinik Xəstəxanasının Allerqologiya şöbəsinin müdiri Lalə Axundova məlumat verib.
 
Həkim bildirib ki, bu problem ən çox uşaqları narahat edir. Allergik xəstəliklər dəri və selikli qişalarda, tənəffüs sistemində, qastrointestinal traktda müəyyən əlamətlərlə özünü təzahür edir. Bu əlamətlər allergiyanın növlərinə görə dəyişir.
 
Lalə Axundovanın sözlərinə görə, allergik rinit asqırma, burun, göz və ağızda qaşınma, burun axması və tutulması, sulu, şişmiş qızarmış gözlər və s. əlamətlərlə özünü göstərir. Qida allergiyasının əlamətləri isə dodaq, dil, üz və boğazda şişkinlik, ağızda qaşınma, dəridə səpkilər, anafilsktik şokdur:
 
"Böcək sancması zamanı allergiya baş verdikdə muşahidə olunan əlamətlər: böcək sancan nahiyyədə şişkinlik, qaşınma və bütün bədəndə səpgi, öskürək, nəfəs daralması, anafilaktik şokdur. Dərman allergiyasi zamanı baş verən əlamətlər isə dəridə səpgilər və qaşınmalar, üzün şişməsi, xırıltı, anafilaktik şokdur".
 
Şöbə müdiri qeyd edib ki, anafilaktik şok allergiyanin ən ağır həyatı təhlükəsi olan reaksiyasıdır. Allergenlə təmasdan sonra ani olaraq ortaya çıxır və huşun itməsi, arterial təzyiqin düşməsi, nəfəs çatışmamazlığı, dəri rənginin dəyişməsi, ürəkbulanma və qusma, nəbzin zəifləməsi, sayıqlama kimi əlamətlərlə özünü göstərir.
 
"Allergiya bir çox uşaqlar üçün həyatın xoşagəlməz bir hissəsidir. Uşaq ilk dəfə bu problem ilə üzləşəndə xəstəliyin gələcəkdə necə inkişaf edəcəyini, hansı simptomların və nə qədər tez-tez baş verəcəyini söyləmək çətindir. Bəzi körpələr bu etapdan uğurla keçir və gələcəkdə onunla qarşılaşmırlar, digərləri isə bu problemlə uzun müddət yaşayırlar. Əsas prosesi öz axarına buraxmamaqdı.Vaxtında allerqoloqa müraciət etmək birinci şərtdir", - deyə Lalə Axundova bildirib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir