Azərbaycanda hemofiliyalı və talassemiyalı xəstələrin donor qanına ehtiyacı təmin edilir
08.05.2023 12:14

Hər il 8 May Beynəlxalq Talassemiya Günü qeyd olunur. 1994-cü ildə Beynəlxalq Talassemiya Federasiyası tərəfindən təsis edilən Beynəlxalq Günün əsas məqsədi talassemiyalı insanlar üçün görülməli olan tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Bu, ilk növbədə profilaktika, qan məhsullarının mövcudluğu, keyfiyyətli tibbi xidmətə çıxış, sosial inteqrasiya, həmçinin elmi tədqiqatlara və yeni terapevtik yanaşmalara çıxışdır.

Aztibb.az caliber.az-a istinadən xəbər verir ki, son illər Azərbaycanda talassemiyanın müalicəsi və diaqnostikası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə ki, “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş fəaliyyət proqramlarının icrası “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il “İrsi qan xəstəliklərindən - hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu belə xəstələrin donor qanına və dəmiri xaricedici preparatlara olan tələbatının tam təmin edilməsinə, sağlamlıqlarının yaxşılaşdırılmasına imkan verib.

Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə talassemiya xəstəliyinin profilaktikasının gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi və ümumiyyətlə, talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı təsdiq edilib.

Bundan əlavə, son illər bir sıra qeyri-hökumət təşkilatlarının iştirakı ilə talassemiya ilə mübarizə istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Respublika Talassemiya Mərkəzinin (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) açılışı olub, burada bu xəstəlikdən əziyyət çəkən xəstələrə lazımi dərman preparatları və ixtisaslı tibbi yardım pulsuz göstərilməyə başlanıb. Ölkə ictimaiyyəti çox mühüm problemin - qan donorluğunun həllinə fəal qoşulmuşdur.

Hazırda ölkəmizdə talassemiyalı xəstələrin müalicəsinin müasir və radikal üsulu - sümük iliyinin transplantasiyası həyata keçirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir