“İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-ə verilib
09.03.2023 16:47

Prezident İlham Əliyev Səhiyyə Sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanın məqsədi səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlərin davam etdirilməsidir.

 

Aztibb.az xəbər verir ki,  Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” (bundan sonra – Mərkəz) əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilib.

 

Fərmanın qeyd edilən hissəsi 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Mərkəzin “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2-ci maddəsində nəzərdə tutulan təsisçisinin səlahiyyətlərini TƏBİB həyata keçirəcək.

 

Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlirlər, icbari tibbi sığorta sistemindən daxil olan vəsait, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.

 

Mərkəz soyuq zəncir texnologiyalarına uyğun şəraitdə saxlanılması zəruri olan dərman vasitələri üçün balansındakı anbarlardan Səhiyyə Nazirliyinin ödənişsiz istifadəsini təmin etməlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır