Bu meyvə ağ ciyər xərçəngini əngəlləyə bilər ­ ­- Yapon alimlərinin tədqiqatı
01.02.2023 10:48

Yaponiyada yetişdirilən aktinidia arquta meyvəsinin tərkibində olan izokersetin molekulu xərçəngli siçanlarda ağciyər şişinin əmələ gəlməsinin qarşısını almaq təsiri ilə diqqət çəkib. 

 

İzokersetin bir çox meyvə və tərəvəzdə olan və onlara rəng verən birləşmələr (təbii flavonoidlər) kimi müəyyən edilir. 

 

Aztibb.az haberturk.com-a istinadən xəbər verir ki, Okayama Universitetinin tədqiqatçıları izokersetin verilən siçanlarda şişlərin 25,4 faiz azaldığını, 9 siçandan 5-də isə şişin meydana gəlmədiyini müəyyən ediblər. 

 

Mütəxəssislər bunu yüksək nəticə kimi qəbul ediblər və “Ağciyər xərçənginin böyüməsinin qarşısını izokersetin əlavəsi ilə almaq olarmı?" sualına cavab axtarırlar. 

 

Ağciyər xərçəngi dünyada xərçəngdən ən çox ölüm səbəbi kimi tanınır. Dünyada ağciyər xərçəngi kişilər arasında 1-ci yer, qadınlar arasında isə 3-cü yer alan xərçəng növüdür. 2018-ci ildə dünyada bu xəstəliyə 2 milyona yaxın insan tutulub və 1,7 milyon insanın öldüyü təxmin edilir. Bu xəstəlik üçün tütün və tütün məmulatlarının istehlakı ən mühüm risk faktorlarından biridir. 

 

 

Meyvədəki aktiv komponent xərçəng riskini azaldır 

 

Meyvələrin bioaktiv xüsusiyyətləri uzun müddətdir ki, alimlərin diqqət mərkəzində olub. Tədqiqatda meyvənin tərkibindəki aktiv maddələrin xərçəng də daxil olmaqla xroniki xəstəliklərin riskini minimuma endirdiyi klinik olaraq göstərilib. 

 

Tədqiqatçılar bu molekulu bir çox xəstəlik riskinin azalmasında faydalı bilir. COVID-19 pandemiyasında xəstəliyin qarşısının alınmasında da bu molekulun rolu ilə bağlı xəbərlər çox eşidildi. 

 

Epidemioloji məlumatlar təsdiqləyir ki, bu meyvədən bol istifadə xroniki xəstəlik riskini azaldır. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib