Prekursorlarla bağlı qərarda dəyişiklik edilib - RƏSMİ
17.01.2023 15:53

Nazirlər Kabineti “İdxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların alınması, saxlanılması, satılması, əldə edilməsi, paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi və onlardan istifadə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 29 oktyabr 2020-ci il 29 oktyabr tarixli qərarında dəyişiklik edib.

 

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

 

Qərara əsasən, bundan sonra Səhiyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi prekursora illik tələbat barədə qəbul edilmiş qərarı real vaxt rejimində Daxili İşlər Nazirliyinə və prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə isə Dövlət Gömrük Komitəsinə göndərəcək.

 

Bu qərarla prekursorların illik tələbata uyğunluğu yoxlanıldıqdan sonra ölkəyə buraxılması mexanizmi tənzimlənəcək. Həmçinin qərarda prekursorlara olan illik tələbat barədə müraciətə prekursorların adı, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, mənşəyi və istifadə məqsədinə dair məlumatların əlavə edilməsi ilə bağlı müddəlar əks olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır