Ölümdən sonra insan beynində “zombi genlər”in fəaliyyəti güclənir – Elmi hipotez
07.01.2023 13:23

Bəzi beyin hüceyrələrinin insanın ürəyi dayandıqdan sonra bir müddət canlı qaldığı bilinir.  

 

“Scientific Reports”da dərc olunan yeni araşdırmada alimlər bəzi genlərin gün ərzində aktivliyinin hətta artdığını göstəriblər. 

 

Aztibb.az medportal.ru-ya istinadən xəbər verir ki, İllinoys Universitetinin alimləri epilepsiya əməliyyatı zamanı insanların çıxarılan təzə beyin toxumasını tədqiq ediblər.  

 

Təcrübədə alimlər beyin toxuması nümunələrini otaq temperaturunda 24 saata qədər saxlayıblar. Bu müddət ərzində onlar vaxtaşırı bu toxumaların hüceyrələrinin və onların genlərinin fəaliyyətini yoxlayıb.

 

Alimlər müxtəlif növ genlərin fəaliyyətini müqayisə ediblər. Birinci qrup, hüceyrələrin əsas funksiyalarına cavabdeh olan "təsərrüfat" genləridir. Onların fəaliyyəti digər genlərin fəaliyyətindən fərqli olaraq, bütün bədən toxumalarında demək olar ki, eyni olub. Beyin ölümündən sonra onların ifadəsi bütün 24 saat ərzində sabit səviyyədə qalıb. 

 

İkinci qrup genlər "neyron" genlərdir. Onlar neyronlarda ifadə olunur və əsas beyin funksiyalarını (yaddaş, düşüncə) təmin etmək üçün məsuliyyət daşıyırlar. 12 saatdan sonra onların aktivliyi azalmağa başlayıb. 

 

Araşdırma zamanı üçüncü gen qrupunu elm adamları şərti olaraq "zombi genlər"i adlandırıblar. O, sinir sisteminin köməkçi hüceyrələri olan neyrogliya işinə cavabdehdir. Həmin genlərin aktivliyi müşahidədən sonra 24 saat ərzində ölüm anından etibarən artıb.

 

Halbuki, əksər tədqiqatlar ürək döyüntüsünü dayandırdıqda bütün beyin proseslərinin dayandığını güman edir, lakin bu belə deyil. Çünki əvvəllər postmortem dəyişikliklərin kəmiyyət göstəriciləri öyrənilməmişdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır