Soyuqdəymə və qripdən necə qorunmalı: ən SADƏ məsləhətlər
01.10.2020 09:28

Soyuqdəymə və qripdən qorunmaq üçün sadə məsləhətlər koronavirus infeksiyasının qarşısını almağa kömək edə bilər.

 

Aztibb.az soyuqdəymə və qripdən qorunmaq üçün aşağıdakı məsləhətləri oxucularının diqqətinə çatdırır:

 

Qidalanmanı nəzarətdə saxlamaq lazımdır. “Düzgün qidalanma” anlayışını ifrata varmadan dərk etməli, bitki və heyvan zülallarından, mürəkkəb karbohidratlardan, sellüloz maddələrdən, faydalı yağlardan kifayət qədər istifadə edilməli, bol su içilməlidir.

 

Qrip və soyuqdəymə xəstəliklərinin törədiciləri çoxsaylı insanların toplaşdığı qapalı məkanlarda daha tez yayılır. Buna görə də insanların sıx toplaşdığı yerlərdən çəkinmək tövsiyə olunur. Bunu etmək mümkün olmadıqda isə mütləq maskalardan istifadə olunmalı və əl ilə üzə toxunulmamalıdır.

 

Virus hissəcikləri müxtəlif məişət əşyalarının səthlərində yerləşir. Bu səbəbdən əlləri müntəzəm olaraq sabunla yumaq çox əhəmiyyətlidir, gündə bir neçə dəfə – xüsusilə küçədən evə qayıtdıqdan dərhal sonra.

 

Asqıran zaman ağızı mütləq dəsmalla və ya salfetlər tutmaq lazımdır. Bu mümkün olmadıqda isə ağızı dirsəklə örtmək məsləhətdir, çünki əks halda patogen hissəciklər əllərə düşərək ətrafa yayılacaq. Salfetdən və dəsmaldan istifadə etdikdən sonra əllər mütləq yuyulmalıdır:

 

"Qonaq getməyin. Əgər kim iləsə şəxsən görüşməyiniz vacibdirsə, təmiz havada görüşməyiniz məsləhətdir.

 

Qapalı məkanları havalandırın. Ətrafınızı təkcə dezinfeksiyaedici salfetlə silmək kifayət deyil, çünki qrip və soyuq viruslar adətən havada qalır. Tez-tez açıq havada olmağa çalışın. Otağı 10-15 dəqiqəlik ikitərəfli qaydada havalandırın.

 

Sakitliyə riayət olunmalıdır. Psixoloji gərginlik stres hormonunun konsentrasiyasının artmasına imkan yaradır ki, bu da orqanizmin funksiyalarını, o cümlədən immun funksiyasını boğur. Bu, nəticədə xəstələnməyə səbəb ola bilər.

 

D vitamini qəbul edin. D vitamininin çatışmaması immunitetin zəifləməsinə gətirib çıxara bilər ki, bu da mövsümi xəstəliklərə meyilliliyi artırır. Vitamin almağın ən sadə yollarından biri də açıq havada, günəş altında gəzməkdir. Bununla yanaşı, yumurta sarısı, mal qaraciyəri, kərə yağı, süd, yağlı balıq növləri ilə qidalanmaq çox vacibdir.

 

Alkoqollu içkilərdən, o cümlədən də soyuqdəymə və qripə yoluxmamaqdan ötrü şərabdan imtina edilməlidir. Alkoqollu içkilərə meyillilik immun sisteminin vacib strukturu olan orqanizmin dentroloji hüceyrələrinin vəziyyətinə mənfi təsir göstərir. Alimlər, alkoqollu içkilərə meyilli insanlarda vaksinlərin zəif effekt göstərməsini məhz bu xüsusiyyətlər baxımından izah edirlər".

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib