İnfarkt zamanı ilk tibbi yardım  
02.06.2024 10:10
Ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev Aztibb.az-a infarktın əsas simptomlarından danışıb.
 
Həkim bildirib ki, döşün sol tərəfində, sol çiyin və qolda kəskin ağrılar, baş hərlənməsi, titrətmə, zəiflik, qan dövranının zəifləməsinə görə xəstənin rənginin solması, soyuq tər və hava çatışmamazlığı, eləcə də arterial təzyiqin kəskin qalxması və ya düşməsi, sürətli nəbz, xəstədə panika vəziyyəti infarktın əsas simptomlarıdır.
 
Ramil Əliyev qeyd edib ki, bu zaman dərhal dərhal təcili tibbi yardım çağırılmalıdır. Tibbi yardım gələnə qədər xəstəyə ilkin yardım göstərilməlidir:
- Otağa hava gəlməsi üçün pəncərəli açmaq, kondisioneri yandırmaq;
- Dilin altına nitroqliserin həbi qoymaq. Bu üsulla dərman qana daha tez keçir və ağrı hissi biraz azalır;
- Həmçinin qanın laxtalanmasını gücləndirmək üçün 300 mq aspirini xəstə çeynəməlir;
- Baş hissəsini bir qədər yüksəkdə olmaqla xəstəni yatağa uzadıb, onun üçün tam sakitlik yaradın, hərəkət etməyə və hətta danışmağa belə qoymayın. Özünüzü sakit aparın. Xəstə ətrafdakıların onun vəziyyətindən qorxaraq təlaş keçirdiklərini hiss etməməlidir.
 
"Xəstə huşunu itiribsə amma ritmik nəbz yoxdursa xəstəni qurtarmaq üçün 3-5 dəqiqəniz var. Bunun xəstəyə dərhal ürək-ağciyar renimasiyası etməlisiniz. Bunun üçün etməli olduğunuz alqoritmi yadınızda saxlayın:
- Dayanmış ürəyi qaytarmaq üçün 30-40 sm yüksəklikdən xəstənin döş qəfəsinə yumruqla zərbə endirməlisiniz (prekardial zərbə). Sonra yuxu arteriyasında nəbzi yoxlamalı və nəbz hiss etmədikdə dərhal ürək masajı və süni tənəffüs edilməlidir;
- Xəstənin başını maksimal dərəcədə arxaya atmalı, hər 15 masaj hərəkətindən sonra xəstənin burun və ağzına 2 dolu tənəffüs edilməlidir.
 
Yardım hərəkətlərini 5-7 dəqiqə xəstə ayılanadək etmək lazımdır", - deyə həkim bildirib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır