Miqren tutmalarına daha çox stressə qarşı dözümsüz insanlarda rast gəlinir - Nevroloq
26.12.2022 13:56
Miqren ciddi xroniki xəstəlikdir. “Miqren” diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir. Buna baxmayaraq bəzi əlamətlərə görə də insan özündə bu xəstəliyin olmasından şübhələnə bilər. Belə şübhələr yaranan kimi isə tez bir zamanda həkim nevroloqa müraciət etmək lazımdır.
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin nevroloq həkimi Şəbnəm Məmmədova məlumat verib.
Həkim bildirib ki, miqren güclü və uzun sürən baş ağrılarıdır. Ağrı bir göz və onun ətrafından başlayaraq tez bir zamanda əksər hallarda başın bir yarısına, nadir hallarda isə hər iki yarısına yayılır. Ağrı pulsasiya (nəbz vurğuları kimi) xarakterli olur. Ətraflar soyuyaraq avazımış olur. Parlaq işıq, kəskin yüksək səslər ağrını artırır. “Miqren” tutması zamanı tez-tez ürək bulanma və qusma da baş verir. Tutma zamanı bəzi hallarda xəstədə görmənin ikiləşməsi, gözlərinin qarşısında yanıb-sönən işıqların, ziqzaq şəkilli xətlər və ya qığılcımların olması kimi şikayətlər də olur. “Miqren” tutması 4 saatdan 72 saata qədər davam edə bilər. Bəzi insanlarda bu tutmalar ay ərzində 2-3 dəfə, digərlərində isə ildə 1 dəfə baş verir.
Ş.Məmmədova qeyd edib ki, miqren tutmaları istənilən yaşda başalaya bilər. Ancaq əksər hallarda onlar, 20-30 yaşlarında başlayaraq 50 yaşından sonra keçib gedir.
"Həkimlərin müşahidələrinə görə, miqrendən əziyyət çəkənlər üçün bir sıra ümumi xüsusiyyətlər vardır: streslərə qarşı dözümlülüyün zəif olması, həyəcanlılıq, tez hirslənmək, depresiyalara və əhvalın dəyişməsinə meyillilik", - deyə həkim əlavə edib.
Miqren tutmasını törədən 2ci dərəcəli səbəblər:
• Parlaq işıq və ya güclü səs, kəskin qoxular:
• Havanın kəskin şəkildə dəyişməsi, maqnit fırtınası:
• Qadınlarda hormonal dəyişikliklər (hamiləlik, menepoza):
• Yuxunun kifayət qədər olmaması:
• Güclü fiziki və əqli gərginliklər:
• Uzun müddət nəqliyyatda hərəkət etmək, təyyarə ilə uçuş:
• Aclıq:
• Bəzi qida növləri (şokolad, kakao, qoz - fındıq məhsulları, sitrus meyvələri, paxlalı bitkilər, pamidor, kərəviz, pendirlər), alkoqol (xüsusən də qırmızı çaxır, şampan şərabı, pivə), kofein və bəzi dərman pereparatları (məsələn: arterial təzyiqi aşağı salan dərmanlar, hamiləliyin qarşısını alan hormonal kontraseptivlər və s.)
Ona görə də, miqrendən əziyyət çəkən insanlar proflaktik məqsədlə, onlarda tutmanın başlamasını törədən faktoru müəyyən etmək üçün çox diqqətli olmalı və hər zaman həmin faktorlardan mümkün qədər uzaq olmalıdırlar. Belə adamlar kifayət qədər yatmalı, istirahət etməli, vaxtlı-vaxtında düzgün qidalanmalıdırlar və qida rasionuna tərkibində maqnezium olan məhsullara üstünlük verməlidirlər. Ümumiyyətlə, onlar tam sağlam həyat tərzi sürməli, bədən tərbiyəsi, üzgüçülük, uzun müddət açıq havada gəzməli və digər bu kimi sağlamlaşdırıcı üsullardan istifadə etməlidirlər.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26

