Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib
25.06.2024 09:24
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşlığı ilə Lənkəran şəhərində 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunan maarifləndirici tədbir keçirilib.
 
İSİM-dən Aztibb.az-a bildirilib ki, Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva açaraq gənclər arasında maarifləndirilmənin əhəmiyyətini vurğulayıb.
 
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin müdir müavini Pərvin Quliyeva “Narkomaniyaya yox deyək!” adlı təqdimatla çıxış edərək, zərərli vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlər barədə geniş məlumat verib.
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov çıxış edərək, cəmiyyətin gənclər ilə daha sıx əməkdaşlıq münasibətlərinin yaradılmasına ehtiyac olduğunu bildirib.
 
Tədbirin sonunda “Azərbaycan ailəsi” film festivalına təqdim edilən “Əlvida mənim dostum” və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan “Narkotiksiz həyat seç!” sosial çarxları nümayiş olunub və mövzuya aid maarifləndirici materiallar paylanılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır