Müasir dövrün bəlası olan xərçəng xəstəliyi - O bizi tapır, yoxsa biz onu?
04.10.2022 16:43
"Günümüzün bəlası xərçəngdir" desək, məncə yanılmarıq. Bəs xərçəng nədir?
Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov bu sualı cavablandırarkən bir çox vacib məqamlara aydınlıq gətirib.
Həkim bildirib ki, bizim bədənimiz başdan-başa hüceyrələrdən təşkil olunmuşdur və bu hüceyrələr beynimizdən gələn əmrlərə tabe olaraq çoxala bilirlər, məsələn, yaralanmalar zamanı yaranın sağalması, ölmüş hüceyrələrin əvəzinə yenisinin əmələ gəlməsi və s. Lakin xərçəng hüceyrələri bir müstəqil qurum kimi beynimizə tabe olmadan çoxalır, sonra bu hüceyrələr bir-biri ilə birləşib şiş toxuması əmələ gətirirlər. Daha sonra bu şişlər böyüyür, ətrafdakı orqan və toxumaları sıxmağa başlayır. Əgər bu hüceyrələr qan və ya limfa damarına daxil olarsa, başqa toxumalara yayılma, yəni metastaz baş verir.
Bu, xərçəng xəstəliyinin standart inkişaf formasıdır. Bu zaman bir sual əmələ gəlir: nəyə görə bu hüceyrələr beynimizə tabe olmurlar və ya olmaq istəmirlər? Deməli, gün ərzində 10-15 min hüceyrə bu müstəqilliyi istəyir, bizim bədənimizdəki antioksidantlar isə buna imkan vermir, yəni həmin hüceyrələrə yapışıb həm onları, həm də özlərini məhv edirlər. Deməli, xərçəngin olmaması və baş vermiş xərçəngin qarşısını almaq üçün bizim bədənimizdə zəngin antioksidant ehtiyatı olmalıdır.
Bəs bədənimizin ehtiyac duyduğu antioksidantları necə təmin etmək olar?
Antioksidantlar bol günəş şüaları altında təbii şəkildə yetişən bütün meyvə və tərəvəzlərdə var. Bir misal çəkim, pomidorun tərkibindəki antioksidantın adı likopendir və o, prostat vəzi xərçənginin qarşısını almaq xüsusiyyətinə malikdir. Bostanda günəş altında bitən pomidorda parnikdə bitənlə müqayisədə likopen 20 dəfə çox olur, yəni biz 20 kq parnik pomidoru yeməliyik ki, 1 kq normal pomidorun antioksidantını mənimsəyə bilək. Bu qayda bütün tərəvəz və meyvələrdə də özünü göstərir.
Deməli, biz bol-bol meyvə-tərəvəz yesək, siqaret və alkoqol istifadə etməsək, hüceyrələri zədələyən və antioksidant itkisinə səbəb olan rentgen şüalarından özümüzü qorusaq, “fast food” yeməkləri menyumuzdan çıxarsaq bizim xərçəngə tutulma ehtimalımız daha çox azalar. Antioksidantlar həm də orqanizmdə, əsasən qaraciyərdə əmələ gəldiyindən bu orqanı qorumaq da əsas şərtlərdən biridir.
Xərçəngə tutulmamaq üçün hər bir insan gündə ən azı 3 km gəzməlidir, həmçinin idmanla məşğul olmaq da antioksidant istehsalını artırır. Xoşrəftar olanların beynində xoşbəxtlik hormonlarının çox olması da xərçəngin qarşısını alan bir vasitədir. Xərçəngdən qorunmaq və onu müalicə etmək üçün bal, arı südü, Qafqaz kefiri, rafinə olunmamış zeytun yağı, brokkoli kələmi, buğda cücərtisi, keçibuynuzu, razyana, damotu, bibər, sarıkök, qara zirə, zəncəfil, boymadərən, soğan, sarımsaq, göyərtilər, meyvə qurularından istifadə etmək lazımdır.
Əgər kimdəsə xərçəng tapılıbsa, yaxşı olar ki, o, heyvani məhsulları, rafinə olunmuş ərzaqları, sənaye məhsullarını, qazlı şirin içkiləri (hidrokarbonatlı mineral sular xeyirlidir), konserv məhsullarını qida rasio-nundan çıxarsın. Xərçəngin həm müalicəsində, həm də profilaktikasında gündə 2 saat açıq havada yeyin addımlarla gəzmək lazımdır. Yeyin gəzən zaman qaraciyərdə antioksidan istehsalı çoxalır.
Xərçəng əleyhinə çay
Ara-sıra xərçəng əleyhinə faydalı məsləhətlər paylaşılır. Məsələn, çaşır kökü, birillik yovşan və s. haqqında məlumatlar verilir. İnsanlarımız da kütləvi şəkildə bu bitkiləri axtarır və kortəbii şəkildə qəbul edirlər. Xərçəng xəstəliyinin həm müalicəsi, həm də profilaktikası üçün çox faydalı olan bir resept var:
Hərəsindən 0.5 kq udi-hindi və qara zirə toxumu üyüdülüb toz formasına salınır, bir-birinə qarışdırılır, şüşə bir balona tökülüb saxlanılır. Gündə 3 dəfə qarışıqdan 1 çay qaşığı götürüb 200 ml (1 stəkan) qaynar suya qarışdırılır, 5 dəqiqədən sonra 1 çay qaşığı bal əlavə edib yeməkdən 1 saat əvvəl içilir.
"Dadı xoşagələn olmasa da, şəfalıdır, bunu həmin qarışım bitənə qədər etdikdən sonra müsbət nəticə əldə olunacaq", - deyə fitoterapevt əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Ağlamamaq insanın daxildə hansı narahatlıqlara səbəb olur? - Psixosomatoloq izah etdi
26.06.2026 | 12:33
Ekspert arıqlama preparatlarının ölümcül fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edib
25.06.2026 | 12:49
Yuxusuzluğa qarşı geniş istifadə olunan preparat ürək çatışmazlığı riskini artıra bilər
25.06.2026 | 11:48
Alimlər “Qərb tipli qidalanma”nı psixi pozuntuların yaranma riski ilə əlaqələndiriblər
24.06.2026 | 12:52
İqlim dəyişikliyi və dərmanlardan düzgün istifadə olunmaması gənələrin sayını artırır
24.06.2026 | 12:47
Ürək tutması artıq yaşlı xəstəliyi deyil - 40 yaşdan aşağı halların artmasının səbəbləri
21.06.2026 | 13:24
Avropa Birliyindən sosial media xəbərdarlığı: Gənclərdə psixi sağlamlıq böhranı dərinləşir
20.06.2026 | 10:38
Problem ürəkdə deyil, beyindədir: Psixiatr panik atakı saniyələr içində dayandıran 3 üsulu açıqlayıb
20.06.2026 | 08:26
JAMA: Həyat tərzinin dəyişdirilməsi xroniki xəstəlik riskini azaldır
19.06.2026 | 07:39
Araşdırmalar göstərir ki, həftələr əvvəl ortaya çıxan əlamətlər çox vaxt infarkta işarədir
18.06.2026 | 12:46
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
18.06.2026 | 15:14
Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib
26.06.2026 | 13:09
Mərkəzi Klinika vakansiya elan edir
19.06.2026 | 14:24
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
19.06.2026 | 10:00
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
22.06.2026 | 14:52
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
22.06.2026 | 11:16
Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib
18.06.2026 | 12:45
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
19.06.2026 | 18:23
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
23.06.2026 | 15:12
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
22.06.2026 | 15:30
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
24.06.2026 | 08:59
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
18.06.2026 | 10:41
ATU-da Data-analitika və Süni İntellekt Laboratoriyasının açılışı olub
19.06.2026 | 11:07
Yardımlının Təşkən və Səpəradi kəndlərində tibbi AKSİYA
22.06.2026 | 10:40
Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə olunub
22.06.2026 | 10:55

