Laxtalanmış qanın orqanizm üçün hansı təhlükəsi var? - Kardioloqdan İZAH
02.09.2022 10:52

“Son zamanlar müraciət edən xəstələrin çoxunda qan qatılığının artması lehinə dəyişikliklərə tez-tez rast gəlinir. Bu daha çox koronavirus keçirmiş insanlarda baş verir

 

Aztibb.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinin müdiri Səbinə Babayeva məlumat verib. 

 

Həkim bildirib ki, qanın laxtalanma sistemi orqanizmin əsas qoruyucu sistemlərindən biridir. Bu sistem qan damarlarında qanın daimi axmasını təmin edir. Həmçinin bu sistem damar divarında zədələnmələr zamanı qan laxtalarının əmələ gəlməsinə və orqanizmin qan itirmədən məhv olmasının qarşısının alınmasına xidmət edir. Lakin bəzən qanın bu müdafiə funksiyası təhlükəyə də çevrilə bilər. Çünki bir çox səbəblərdən qan qatılığının artması və tromb əmələ gəlməsi baş verə bilər, bu isə orqanların qanla təchiz olunmasını çətinləşdirir. Bəzən əmələ gəlmiş trombların damar divarından qoparaq, qan dövranına daxil olmasına və qəfil ölümlərə səbəb olur. Son zamanlar müraciət edən xəstələrin çoxunda qanın laxtalanma sisteminin göstəricilərində qan qatılığının artması lehinə dəyişikliklərə çox rast gəlinir. Bu daha çox koronavirus keçirmiş insanlarda müşahidə olunur. Əgər koronavirus keçirmiş insanların yanaşı digər ürək damar sistemi xəstəlikləri varsa, onlara qan durulducu preparatlar təyin olunur.

 

S.Babayevanın sözlərinə görə, qan laxtalanma sistemində dəyişikliklər təbii səbəblərdən və xəstəliklərdən yarana bilər. Çox isti havada, az maye qəbulu və çox tər ifrazının olması qan laxtalanmasının artmasına səbəb ola bilər. Son bir neçə ilin təhlükəsi olan COVID-19 pandemiyası zamanı da qanın koaqulyasiya sistemində orqanizm üçün təhlükəli dəyişikliklərin baş verdiyi aşkar olunub. Bu səbəblərdən, COVID-19 ilə müalicə protokollarına qan durulducu preparatlar (antikoaqulant, antiaqreqantların) əlavə olunub.

 

Bununla yanaşı, pasiyentlərə bol maye qəbulu və aktiv həyat tərzi də tövsiyə olunur: "Bəzi qida maddələri var ki, onlar qan laxtalanma sisteminə müsbət təsir göstərir. Omega 3 ilə zəngin qidalar - nar, zəncəfil, moruq, sarıkök və sitrus meyvələri bura daxildir. Ürək damar sistemi, şəkərli diabet, hipertoniyalı xəstələrdə laxtalanma sisteminə nəzarət vacibdir. İcbari tibbi sığortanın tətbiqindən sonra belə xəstələrə nəzarət etmək daha da asanlaşıb. Mütəmadi həkim nəzarəti və müayinələrin aparılması, belə xəstələrdə ağırlaşmaların qarşısını alır”.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində