Azərbaycanda zərərli orqanizmlərin siyahısı yenilənib - QƏRAR  
17.06.2022 17:33

Nazirlər Kabineti “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən, karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı”nda dəyişiklik edib.

 

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərarda Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətbiq edilən zərərli orqanizmlər üzrə siyahıya Nematodlar hissəsinin əlavə edilməsi, Həşəratlar, Bakteriyalar, Göbələklər, Virus, mikoplazma və viroidlər, Alaq otları və parazit bitkilər, hissəsinə əlavə və dəyişikliklərin edilməsi və Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış karantin tətbiq edilən zərərli orqanizmlər üzrə siyahıya isə Nematodlar, Bakteriyalar, Göbələklər, Viruslar hissəsinin əlavə edilməsi, Həşəratlar hissəsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.

 

Qərarın qəbul edilməsi ilə Azərbaycan Respublikası ərazisində aşkar edilməyən və Azərbaycan Respublikası ərazisində məhdud dairədə yayılmış, ölkə üçün potensial təhlükə törədə bilən, karantin tətbiq edilən zərərli orqanizmlərin mövcud siyahısı yenilənib.

 

Qərar fitosanitar nəzarəti sahəsində sabitliyin təmin olunması, zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və onlarla effektiv mübarizə işlərinin daha yaxşı təşkilinə imkan yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır