Hər bir evdə ilk tibbi yardım üçün lazım olan dərmanlar olmalıdır
16.09.2020 19:01

Hər bir evdə “kiçik aptek” adlanan qutu və ya rəf olmalıdır. Əksər hallarda həmin qutuya müxtəlif xəstəliklərdən müalicə alandan sonra qalan preparatlar yığılır və lazım gələndə onların istifadə müddətinin bitdiyi aşkara çıxır.

 

Aztibb.az xəbər verir ki,  evdə saxlanılması zəruri olan dərman vasitələri barədə məlumat verən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov deyib: “Qutu və rəflərdə ilk tibbi yardım üçün lazım olan sarğı materiallarının olmağı məsləhətdir. İlk növbədə onların sırasına antiseptik məhlullar, qorxu, təşviş və həyəcan zamanı, eləcə də müxtəlif mənşəli sıxıntı ilə üzləşərkən istifadə edilən dərman preparatları aiddir”.

Onun verdiyi məsləhətə görə, dərmanları evdə uşaqların əlləri çatmayan yerdə saxlamaq, bəzilərini isə soyuducuya qoymaq lazımdır. Altı aydan bir onların saxlanma müddətini ötüb keçib-keçmədiyini də yoxlamaq lazımdır.

“Dərman preparatlarının həkim təyinatı ilə olması daha düzgündür, çünki hər bir orqanizm fərqli olduğu üçün ona uyğun dərman preparatları olmalıdır. Bununla yanaşı, evdə ilk tibbi yardım üçün lazım olan dərmanlar mütləq olmalıdır”,- deyə həkim-terapevt əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib