Sonsuzluq zamanı süni mayalanma yeganə çıxış yoludur?
11.05.2022 10:45
"Əvvəlcə təbii yolla hamiləliyə şans yaratmaq lazımdır".
“Sonsuzluğu tam şəkildə yalnız laparoskopik müayinə təsdiq və ya inkar edə bilər. Laparoskopik müayinə aparılmadan, ancaq köməkçi metodlara (HSQ, USM və s.) əsaslanaraq qoyulmuş ilkin diaqnozla süni mayalanmaya müraciət etmək düzgün deyil”. Aztibb.az xəbər verir ki, bu fikirləri ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkim-ginekoloqu, cərrah-endoskopist Fərhad Sultanov söyləyib.
Həkim vurğulayıb ki, sonsuzluğun müalicəsində İVF (süni mayalanma) laparoskopiyanın alternativi deyil, tam sonsuzluq müalicəsinin müxtəlif mərhələləridir:
“Laparoskopiya tərəfindən təsdiqini tapmamış sonsuzluq süni mayalanmaya götürülməli deyil. İlk növbədə laparoskopiya boru-peritonal və ya inkişaf qüsurlu sonsuzluğun təsdiq və ya inkarını müəyyən etməlidir. Əməliyyat zamanı mümkün problemlər aradan götürülməlidir. Bunun əsasında sonrakı müalicə taktikası müəyyən etməklə, pasiyentin təbii yolla hamilə qalmasına şans yaratmaq lazımdır və yalnız laparoskopiyadan sonrakı müalicə effekt verməzsə, o zaman süni mayalanmaya getmək olar”.
F.Sultanov bildirib ki, bəzən sonsuzluğun müalicəsində süni mayalanmanın laparoskopiyaya alternativ metod olması haqda fikirlərə rast gəlinir:
“Halbuki, bunlar sonsuzluğun ümumi müalicəsinin etaplarıdır. Sonsuzluq laparoskopiya üsulu ilə öz təsdiqini tapmayınca və bu üsul ilə problemin aradan qaldırılması araşdırılmayınca, birbaşa süni mayalanmaya gedilməsi düzgün üsul deyil. Bildiyimiz kimi, sonsuzluğun səbəbləri arasında boru faktoru 35 faiz təşkil edir. Bəzən belə boruları infeksiya ocağı adlandıraraq qalmış borunu da götürərək xəstəni süni mayalanmaya göndərirlər. Bu yanaşma boru-peritonal faktorlu sonsuzluğun müalicəsində daha çox əhəmiyyətlidir”.
Həkim bu sahədəki təcrübəsindən və əldə etdiyi bir sıra uğurlardan da danışıb. Bildirib ki, bir neçə il öncə 30 yaşlarında bir pasiyent birincili sonsuzluqdan şikayət edirmiş. Müayinə zamanı məlum olur ki, həmin xəstə yeddi il qabaq yumurtalıqlar üzərində laparotomik (açıq üsulla) əməliyyat keçirib:
“Konservativ müalicənin effekti olmadığına görə, biz həmin pasiyenti sonrakı müalicə taktikasını müəyyənləşdirmək məqsədilə diaqnostik laparoskopiya və histeroskopiya əməliyyatına götürdük. Apardığımız diaqnostik laparoskopiya nəticəsində hər iki boruda keçiriciliyin olmaması müəyyən olundu. Əməliyyat zamanı isə qarın və kiçik çanaq boşluğunda açıq üsulla əməliyyatdan sonra yaranmış bitişmələr və uşaqlıq boşluğunun polipi aşkarlandı. Xəstədə laparoskopik adgeziolizis, ikitərəfli salpinqovarioliziz, xromosalpinqoskopiya və histeroskopik polipektomiya əməliyyatı icra olunduqdan sonra hamilə qaldı. Bu fakt bir daha onu göstərir ki, sonsuzluğun müalicəsində süni mayalanma laparoskopiyaya alternativ metod deyil. Ona görə də xəstələr süni mayalanmadan öncə mütləq laparoskopik müayinədən keçməlidirlər. HSQ-nin nəticəsi süni mayalanmaya birbaşa göstəriş olmalı deyil və burada aşkarlanan buru keçməzliyi diaqnostik laparoskopiya ilə təsdiqlənməlidir. Sonsuzluğun müalicəsində laparoskopiya - dünyada qızıl standart kimi qəbul olunur”.
Sonsuzluğu yaradan amillərdən bəhs edən həkim uşaqlıq borularının keçiriciliyinin pozulmasının bir səbəbinin iltihab olduğunu vurğulayıb:
“Ən çox cinsi yolla keçən infeksiyalar, abortdan sonra baş vermiş infeksion ağırlaşmalar nəticəsində kiçik çanaq boşluğunda bitişmələr əmələ gəlir. Bu bitişmələr borunu tam və ya qismən bağlaya və yaxud borunu daraldaraq fibriyaların quruluşunu poza bilər və s. Uşaqlıq borusu və yumurtalıq arasında olan birləşmələr ovulyasiyadan sonra yumurtalıqdan çıxan yumurta hüceyrəsinin boruya düşməsinə mane olur. Bitişmələr çanaq boşluğu orqanlarında aparılan cərrahiyyə əməliyyatlarından (miomaların və kistaların xaric edilməsi, keysəriyyə və s.) sonra da əmələ gələ bilər. Bəzi hallarda bitişmələr appendiksin xaric edilməsindən sonra da yaranır. Uşaqlıq borularının keçiriciliyinin pozulması adətən ilk baxışda heç bir əlamətlə özünü büruzə vermir və yalnız qadın sonsuzluğu ilə bağlı olan müayinələrdən keçdiyi zaman aşkara çıxır”.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

