Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalında TƏBİB tərəfindən tibbi xidmətlərin təşkili təmin edilir
08.05.2022 18:24
TƏBİB-in kollektivi Şuşada keçirilən Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak edib. Eyni zamanda, TƏBİB festival boyunca tibbi xidmətlərin təşkilini təmin edir.
 
Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Çin, Yaponiya, Almaniya və digər ölkələrdən nümayəndənin iştirak etdiyi festivalda yerli və dünya mətbəxinin təamları təqdim edilib.
 
Bundan başqa, Azərbaycan regionlarının və müxtəlif ölkələrin aşpazlarının canlı performansları, müxtəlif milli yeməklər, əyləncələr, sərgilər, yerli və xarici aşpazların ustad dərsləri nümayiş olunub.
 
Festivala bu gün yekun vurulacaq.
 
TƏBİB-in ayrı-ayrı struktur bölmələrinin rəhbərləri və əməkdaşları Şuşa qalasını, Cıdır düzünü, Molla Pənah Vaqifin məqbərəsini, Qədim Şuşanın simvolu olan "Aşağı Gövhər Ağa" məscidini də ziyarət ediblər.
 
Qeyd edək ki, festival Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır