Sumqayıtda il ərzində özəl tibb müəssisələrində xidmət göstərilmiş pasiyentlərin sayı AÇIQLANIB  
22.04.2022 10:30
Sumqayıt şəhərində 2021-ci ilin aprelin 1-dən icbari tibbi sığorta tətbiq olunandan 2022-ci ilin aprelin 1-dək olan müddətdə 1794 nəfər şəhər əhalisinə icbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrində xidmət göstərilib.
 
Sumqayıt Tibb Mərkəzi tərəfindən verilən göndərişlər əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrində müayinə və əməliyyatlar həyata keçirilib.
 
Onlardan 685 nəfərə MRT(Maqnit Rezonans Tomoqrafiya), 594 nəfər angioqrafiya, 33 nəfərə EMQ (Elektromioqrafiya), 7 nəfərə elastrometriya (Qaraciyərin ultrasəs müayinəsi), 7 nəfərə Beratest (Eşitmə müayinəsi) müayinəsindən,  7 nəfər isə ilkin dializ prosedurundan keçmək üçün göndəriş verilib.
 
Eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaratdığı imkanlar hesabına 82 nəfər Aorta-koronar şuntlama (Açıq ürək əməliyyatı), 59 nəfər stentləşmə, 122 nəfər böyrək, 100 nəfər göz, 8 nəfər beyin, 56 nəfər bel-oma, 17 nəfər diz və 17 nəfər anadangəlmə ürək qüsurundan (uşaqlarda Fallo tetradası) cərrahi əməliyyat olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır