Abbas Səhhət adına xəstəxanada daha bir uğurlu əməliyyat həyata keçirilib
20.04.2022 21:00

Bir neçə gün öncə 7 yaşlı Hüseyn Məmmədov təhsil aldığı müəssisədə oynayarkən yıxılıb və onun sol əlinə parta düşüb. Nəticədə uşağın əlinin orta barmağının üçdə bir hissəsi qopub. Dərhal Abbas Səhhət adına xəstəxanaya müraciət olunub.

 

Bu barədə Aztibb.az-a xəstəxanadan məlumat verilib.

 

Bildirilib ki, ortoped travmatoloq Ceyhun Quliyev uşağı əməliyyat edib. İcbari tibbi sığorta çərçivəsində icra olunan əməliyyat uğurla başa çatıb və artıq Hüseyn barmağını hərəkət etdirə bilir.

 

Qeyd edək ki, Hüseyn Məmmədov İkinci Qarabağ
müharibəsində şəhid olmuş Kərim Məmmədovun oğludur.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi” 
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
SMA dərmanları ilə bağlı araşdırma aparılır - Nazir açıqladı
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?