“Həkimlərimizi tanıyaq!” - Əməkdar həkim Təranə Rəcəbli
17.03.2022 14:57
Aztibb.az "Həkimlərimizi tanıyaq" rubrikasında peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
Rubrikada bu dəfə "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin direktor müavini və Sumqayıt Perinatal Mərkəzin baş həkimi, Əməkdar həkim Təranə Rəcəbli haqqında məlumatları təqdim edirik.
Təranə Zakir qızı Rəcəbli 16 mart 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. 1989-1995-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra həkim-pediatr ixtisasına yiyələnərək, Sumqayıt şəhər 1 saylı Doğum evində fəaliyyətə başlayıb.
O, 1997-2008-ci illərdə 1 saylı Doğum evində şöbə müdiri, 2008-2014-cü illərdə “Real” Tibb Mərkəzində direktor vəzifələrində işləyib. 2014-2016-cı illərdə Respublika Perinatal Mərkəzində baş həkim kimi fəaliyyətini davam etdirib. Hazırda "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi Şəxsin direktor müavini və Perinatal Mərkəzin rəhbəridir.
27 illik təcrübəyə sahib olan Təranə Rəcəbli ömrünü tibbin ginekologiya sahəsinə həsr edib. Fəaliyyəti dövründə çoxsaylı yerli və beynəlxalq konfransların iştirakçısı olub, müxtəlif qurumlar tərəfindən Fəxri fərman, diplom və medallarla təltif edilib.
O, tibbi fəaliyyətlə yanaşı, ictimai fəaliyyətlə də məşğuldur. YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvüdür.
Təranə Rəcəbli ölkə başçısının 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.
Bu bölməyə aid digər xəbərlər
Anar Bayramov Quba rayonunda vətəndaşları qəbul edib
18.10.2026 | 13:26
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
09.10.2026 | 14:14
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
29.09.2026 | 14:41
Xocalı Həkim Məntəqəsində səyyar tibbi xidmət təşkil olunub
18.09.2026 | 17:40
Xocavənd rayonunda təcili tibbi yardım bölməsi istifadəyə verilib
18.09.2026 | 09:18
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
16.09.2026 | 09:48
Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz edilib
10.09.2026 | 15:29
Naxçıvanda Təcili Tibbi Yardım Xidmətinin personalı üçün təhlükəsizlik və vəzifə öhdəliklərinə dair təlim keçirilib
02.09.2026 | 15:15
Şəhid anası Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ziyarət olunub
27.07.2026 | 12:57
Anar Bayramov Şuşa Müalicə-Sağlamlıq Mərkəzi və Qarabağ Universitetində olub
30.06.2026 | 14:13
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

