Naxçıvanın Əməkdar həkimi Yazgül Rzayevanın 70, həkim-laborant Qadir Əliyevin isə 60 illik yubileyləri qeyd olunub
17.03.2022 11:18
Naxcıvan Dövlət Universitetinin Tibb fakültəsində Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, baş müəllim Yazgül Rzayevanın 70, müəllim və həkim-laborant Qadir Əliyevin isə 60 illik yubileyləri qeyd olunub.
Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının rektoru Elbrus İsayev muxtar respublikada həkim və müəllimlərə göstərilən etimaddan danışıb. Bildirib ki, muxtar respublikada bütün sahələrlə yanaşı, səhiyyə sistemi də daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Vurğulanıb ki, hər iki müəllim səhiyyə sisteminə və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib.
Rektor Yazgül Rzayevanı 70, Qadir Əliyevi 60 illik yubileyləri münasibətilə təbrik edib, onlara universitetin Fəxri fərmanını və gül dəstəsini təqdim edib.
Sonra Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədova çıxış edərək yubilyarlar haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edilib ki, Yazgül Rzayeva 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin klinik xəstəxanasında işləməklə yanaşı, Pediatriya kafedrasında müəllim kimi də fəaliyyət göstərib. Diqqətə çatdırılıb ki, müəllim vaxtilə Pediatriya, Tibbi klinik fənlər kafedralarında, hazırda isə Ümumi təbabət və klinik fənlər kafedrasında baş müəllim işləyir. Elsevər Əliyev yubilyarlara fəaliyyətlərində uğurlar arzulayıb.
Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri Gültəkin Əliyeva Qadir Əliyev haqqında danışaraq bildirib ki, müəllim 2002-ci ilə qədər ayrı-ayrı vaxtlarda muxtar respublikanın müxtəlif xəstəxanalarında və universitetin Tibb fakultəsində həkim kimi fəaliyyət göstərib. O, universitet xəstəxanasında həkim, Tibb fakültəsində isə müəllim kimi fəaliyyətini davam etdirir.
Daha sonra çıxış edən Təməl tibb fənləri kafedrasının müdiri İlhamə Mustafayeva yubilyarların ünvanına xoş sözlər səsləndirib, onları təbrik edib.
Sonda yubilyarlar təşkilatçılığa və təbriklərə görə minnətdarlıqlarını bildiriblər.
Bu bölməyə aid digər xəbərlər
Anar Bayramov Quba rayonunda vətəndaşları qəbul edib
18.10.2026 | 13:26
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub
09.10.2026 | 14:14
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
29.09.2026 | 14:41
Xocalı Həkim Məntəqəsində səyyar tibbi xidmət təşkil olunub
18.09.2026 | 17:40
Xocavənd rayonunda təcili tibbi yardım bölməsi istifadəyə verilib
18.09.2026 | 09:18
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
16.09.2026 | 09:48
Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz edilib
10.09.2026 | 15:29
Naxçıvanda Təcili Tibbi Yardım Xidmətinin personalı üçün təhlükəsizlik və vəzifə öhdəliklərinə dair təlim keçirilib
02.09.2026 | 15:15
Şəhid anası Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ziyarət olunub
27.07.2026 | 12:57
Anar Bayramov Şuşa Müalicə-Sağlamlıq Mərkəzi və Qarabağ Universitetində olub
30.06.2026 | 14:13
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

