Qan durulducu dərmanlardan kortəbii istifadə orqanizm üçün zərərlidir
28.02.2022 17:32
Son vaxtlar COVID-19 təhlükəsindən qorunmaq üçün insanlar müxtəlif dərman preparatlarından kortəbii surətdə, dost və tanışlarının, qohumlarının məsləhəti ilə istifadə edirlər.
 
Bundan yaranan fəsadların ağırlığı barədə isə düşünmürlər. Əksər insanlar bu dərmanları xəstələnməmiş və ya xəstəliyin simptomlarını müşahidə etdikləri zaman profilaktika məqsədilə qəbul edirlər. Bu dərmanlar arasında qanı duruldan preparatlar da var.
 
Qan durulducu dərmanlardan kortəbii, “lazım oldu-olmadı” istifadə orqanizm üçün çox zərərlidir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova ATV telekanalının ATV-nin “Səhər” proqramına müsahibə verib.
 
Həkim bildirib ki, qan durulducu dərmanların içərisində ən çox yayılmışları aspirin kardio, kardiomaqnil kimi preparatlardır.
 
"Bu dərmanlardan geniş istifadə olunarsa, bu, mədə-bağırsaq qanaxmalarına, mədə xoralarının yaranmasına, böyrək çatışmazlığına və bir çox xroniki xəstəliklərə səbəb ola bilər".
 
N.Kərimovanın sözlərinə görə, laborator müayinələr aparılmadan qan durulduculardan istifadə olunarsa, bunun orqanizmə xeyrindən çox, ziyanı dəyə bilər. 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub