Uşaqları xəstəlikdən maksimum qorumaq istəyirsinizsə...
24.01.2022 10:56
Uşaqda ən təhlükəli əlamət təngnəfəslik və öskürəkdir. Təngnəfəsliyi uşağın qarın əzələsinə baxaraq 1 dəqiqədə nə qədər nəfəs alıb-verdiyinə əsasən yoxlamaq olar. 5 yaşa qədər dəqiqədə 40-a qədər tənəffüs normal sayılır. Səthi və tez-tez nəfəs alma, nəfəsalma zamanı burun qanadlarının dartınması, döş qəfəsində çəkilmələr, xırıltılı tənəffüs etmə kimi hallar olarsa, dərhal həkimə müraciət etmək lazımdır. Əgər iltihab varsa, mütləq antibiotik təyin edilməlidir.
 
Aztibb.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva bildirib ki, son zamanlar müraciət edən pasiyentlər arasında ən çox rastlanan hal dərmanın dozasını və müddətini düzgün etməmək nəticəsində xəstəliyin ağırlaşmasıdır.
 
Ən yaxşı yol xəstəlikdən qorunmaqdır. Bunun üçün sadə qaydaları yadda saxlamaq lazımdır:
 
1. Uşaqların olduğu otağın havasını tez-tez dəyişmək lazımdır;
2. Küçədən qayıdarkən əlləri sabunla yaxşı yumaq, burunu yaxalamaq və qarqara etmək lazımdır. Bu prosedur küçə çirklənməsindən təmizləyir və selikli qişalarda qoruyucu immun hüceyrələrin istehsalını stimullaşdırır;
3. İmmuniteti möhkəmləndirmək üçün gündəlik rejim, düzgün qidalanma, fiziki fəaliyyət, xüsusilə təmiz havada gəzinti vacibdir. Gəzintilərin müddəti gündə ən azı 2 saat olmalıdır.
 
"Təəssüf ki, bir çox valideynlər yuxarıda göstərilənlərin hamısını etmir, əvəzinə, aptekdən vitaminlər və ya həblər almağa üstünlük verirlər. Xəstəlikdən qorunmaq üçün sadə qaydaları daim tətbiq edin, nəticəsini mütləq görəcəksiniz", - deyə həkim valideynlərə müraciət edib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev