Bitki çaylarının zərərləri ortaya çıxdı: Əks təsir göstərə bilir!
29.12.2021 19:46
Bitki çaylarının həzmsizlik, yuxusuzluq, qəbizlik kimi hallarda necə faydalı olduğunu bilirik.
Aztibb.az xəbər verir ki, bitki çayları tövsiyə olunan miqdardan artıq miqdarda və uzun müddət istifadə edildikdə böyrəklərdə qıcıqlanmaya və bədəndə elektrolit balansının pozulmasına səbəb ola bilər.
Tərkibində güclü bioloji təsir komponentləri olan bitkilərdən çay kimi istifadə etmək təhlükəlidir. Bitkilərin təhlükəsizlik qiymətləndirmələrini nəzərə alaraq, “zəif təsirli bitkilər” qrupunda olan bitkilərin bitki çayı kimi istifadə edilməsi məqsədəuyğundur.
Adaçayı: Adaçayı ağız və boğaz iltihablarında təsirli olduğu bilinən bitkidir. Məlumdur ki, bitkinin tərkibindəki uçucu komponentlər ağız və boğaz iltihablarında (faringit, diş əti iltihabı kimi) faydalıdır. Ona görə də bu məqsədlə adaçayı ilə hazırlanmış ağız qarqarasından istifadə etmək məsləhətdir.
İtburnu: Tərkibindəki C vitamini ilə yanaşı, iltihabəleyhinə təsiri qrip və soyuqdəymə kimi yoluxucu xəstəliklərdə istifadə olunur.
Biyan kökü: Biyan kökü xüsusilə öskürəyə qarşı hazırlanan qarışıqlarda boğazda bəlğəmin mayeləşməsini təmin etməkdə təsirlidir.
Verbena: Verbena tərkibindəki verbenalin öskürək kəsicidir.
Evkalipt: Evkalipt soyuqdəymə zamanı boğaz ağrısını aradan qaldırmaq üçün antiseptik və öskürək zamanı bəlğəmgətirici kimi istifadə olunur.
Zəncəfil: Zəncəfil, limon və bal ilə çay soyuqdəymə, boğaz ağrısı və öskürək zamanı təsirlidir.
Hər bir ot üçün tövsiyə olunan miqdarın şəxsi faktorlar (yaş, bədən çəkisi, insanın dözümlülük səviyyəsi) və bitki ilə əlaqəli amillər (istifadə olunan hissə), həmçinin istifadə məqsədi və tezliyinə görə dəyişə bilir. Profilaktik məqsədlər üçün bir stəkan qaynadılmış suya bir paket bitki çayı əlavə edilməsi tövsiyə edilir.
Bəzi bitki çaylarının həddindən artıq istifadəsi qanın laxtalanmasının qarşısını alır və təzyiq dərmanları ilə qarşılıqlı təsir göstərə bilir. Bu səbəblə qan durulaşdıran dərmanlardan istifadə edənlərin, ürək xəstələrinin, hamilə qadınların, süd verən anaların, allergiyası olanların, öd kisəsində daşı olanların, böyrək xəstələrinin bitki çayı istifadə edərkən həkimə müraciət etmələri zəruridir.
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

