Səhiyyə Nazirliyi evdə müalicə alan COVID-19 xəstələrinin yaxınlarına müraciət edib
15.07.2020 20:48

Səhiyyə Nazirliyi ev şəraitində müalicə alan COVID-19 virusuna yoluxan vətəndaşlara onlarla birlikdə yaşayan yaxınları ilə xüsusi davranış qaydalarına əməl etməyi tövsiyə edib.

 

Aztibb.az xəbər verir ki, nazirliyin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova koronavirusa yoluxan yüngül simptomlu və simptomsuz vətəndaşlara ev şəraitində müalicə alarkən ailə üzvləri ilə davranış üçün tövsiyə olunan qaydalar haqda danışıb.

 

N.Daşdəmirova həmin pasiyentlərin öz evlərində sahə həkiminin nəzarəti altında müalicə alan zaman ilk növbədə ayrıca bir otaqda izolyasiya olunmaqlarını məsləhət görüb: "Belə şərait olmadığı halda xəstənin yatağının digərlərdən ən azı 2 metr məsafədə olması məqsədəuyğundur. Xəstə və onunla eyni evdə qalan bütün şəxslər ev daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə özləri və ətrafdakıları virusa yoluxmadan qorunmuş olurlar. Tibbi maskanı hər iki saatdan bir dəyişmək tövsiyə olunur. COVID-19-a yoluxan pasiyent yaşayış yerini tərk etmədən 21 günlük karantin müddətinə riayət etməlidir".

 

O qeyd edib ki, bu müddət ərzində koronavirusa yoluxan xəstə qohum və yaxınların vasitəsilə ərzaq və ya lazımi dərmanları market və aptekdən əldə edə bilər: "Bu mümkün olmadığı təqdirdə bütün lazım olan məhsulları onlayn sifariş etmək də mümkündür. Yüngül simptomlu və ya simptomsuz xəstələr üçün yeməyin hazırlanması zamanı riayət ediləcək gigiyenik qaydalara gəlincə, immuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür. İnfeksiyaya yoluxmuş şəxsin yeməyini otağına daxil olmadan vermək daha təhlükəsiz olar. Təbii ki, öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır".

 

İşçi qrupunun üzvü xəstənin şəxsi gigiyena vasitələri və yemək qablarının ayrı saxlanılmalı olduğunu bildirib: "İnfeksiyaya yoluxmuş vətəndaş hansısa səbəbdən qaldığı otağı tərk etdiyi təqdirdə onun toxunduğu bütün əşyalar mütləq dezinfeksiya olunmalıdır. COVID-19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli mayelərlə təmizlənməli, xəstənin paltarları isə ayrıca 60-90 dərəcədə yuyulmalı, otaqlar tez-tez havalandırılmalıdır. Simptomsuz və ya yüngül simptomlu xəstələrə, onlarla eyni evdə yaşayanlara bol vitaminli meyvələr yemək tövsiyə olunur. Sahə həkimi gündə 2 dəfə COVID-19 testi pozitiv nəticə verən vətəndaşlar və onların ailə üzvləri ilə əlaqə yaradıb onları nəzarət altında saxlayır. Buna görə də pasiyent və yaxınlarına həkimin xəbəri olmadan hər hansı tibbi preparatı qəbul edib özünümüalicə ilə məşğul olmaq tövsiyə olunmur".

 

Nailə Daşdəmirova COVID-19 viruslu xəstələrə və onlarla birlikdə yaşayan yaxınlarına ev şəraitində aktiv qalmağı, idmanla məşğul olmağı, stressdən uzaq qalaraq pozitivliyə köklənməyi məsləhət görüb: “Karantin müddəti ərzində özünüzü və yaxınlarınızı qorumağa çalışın və bütün qaydalara riayət edin. Unutmayın ki, sizin məsuliyyətiniz hamımızın sağlamlığıdır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır