Həkim reportajı: Xolesterol dərmanlarından istifadə edərkən diqqətli olun!
23.12.2021 19:02
Xolesterin dediyimiz anlayış əslində qanımızda dövr edən və bütün hüceyrələrimizdə, xüsusən də qaraciyərdə əmələ gələn bir yağ molekuludur.
Xolesterolun özü qanda müəyyən həddə qədər olsa zərərli deyil, ancaq damarlarda və orqanlarda çökərək yığıldıqda və əlavə xəstəliklərlə müşayiət olunduqda piy təbəqələri əmələ gəlir və xolesterin zərərli olur.
Hər hansı bir dərman kimi, xolesterol dərmanlarının da bəzi yan təsirləri var. Ancaq bu qorxulacaq qədər tez-tez baş vermir. Məsələn, ürək-damar xəstələri tərəfindən xolesterin dərmanının istifadəsi ilə fayda az ehtimal olunan yan təsirlərdən daha çox, zərərdən daha üstündür.
Ürək-damar xəstəliyi olmayan şəxslərdə xəstə həkim tərəfindən qiymətləndirilməli və istifadə üçün lazım olub-olmadığına qərar verilməlidir. Bundan əlavə, xolesterin dərmanlarının xolesterinin dəyərini azaltma təsirindən başqa digər faydalı təsiri də damar divarlarında sağaldıcı və bərpaedici təsirlərə malik olmasıdır. Bu, xüsusilə infarkt keçirmiş xəstələr üçün çox əhəmiyyətlidir.
Ən çox görülən yan təsirlər əzələ və qaraciyər problemləridir. Əzələ ağrısı nisbətən ümumi şikayətdir və çox vaxt dərmanın dayandırılmasını tələb etmir. Qaraciyər fermentləri isə müəyyən bir yüksəlmə səviyyəsinə qədər izlənilə bilər, ağır yüksəlmələrdə isə dərman dayandırılır.
Son illərdə virtual angioqrafiya dediyimiz prosedurla ürək damarlarındakı lövhələr tez, asan və yüksək diaqnostik müvəffəqiyyətlə aşkarlana bilir. Damarda lövhə varsa, xolesterol dərmanı mütləqdir. Ürək damarında lövhə olmayanda biz də xəstələri dərmansız izləyirik. Bəslənmənin tənzimlənməsi və idman hər iki halda əvəzolunmazdır.
İdeal xolesterol dəyəri insana görə dəyişir. Ürək-damar xəstələrinin xolesterol dərmanlarından istifadə etmələri və xolesterolun dəyərini azaltmaları mütləqdir.
Kardiologiya mütəxəssisi Ebru Özenç
Aztibb.az
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

